Krımın qaytarılması üçün 3 istiqamət - Kuleba açıqladı

12 mart, 2021 10:53

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Krımın qaytarılması ilə bağlı 3 başlıca istiqaməti açıqlayıb.

Ukrayna XİN rəhbəri bu barədə Tvitter səhifəsində yazıb.

“Onlardan biri yarımadanın deokkupasiyasıdır. Hansı ki, az əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası təsdiqləyib. İkincisi, 23 avqustda planlaşdırılan "Krım platforması" sammiti bazasında bütün partnyorların səylərinin birləşdiriməsindən ibarətdir. Orada Kiyev Krımın qaytarılmasını müzakirə etməyi hədəfləyir, Türkiyə, Fransa, Böyük Britaniya, Almaniya, Kanada və ABŞ-ın da daxil olduğu platforma təklif edir. 3-cü amil isə beynəlxalq hüququn bərpası, yəni Krım və Sevastopol üzərində suverenliyin əldə edilməsidir”, - deyə Kuleba bildirib.