Xocalı aeroportu açılır? - Ermənilər "hə" deyir

12 mart, 2021 12:57

Xocalı aeroportunun 2021-ci ilin dekabrında açılacağı ilə bağlı xəbərlər yayılıb. 

Bildirilir ki, aeroportdan Rusiyanın hərbi nəqliyyat təyyarələrinin istifadəsi üçün icazə verilə bilər.

“Xankəndi (Xocalı-red.) aeroportu 2021-ci ilin dekabrının birinci ongünlüyündə açıla bilər. Rusiya aviasiyasının hərbi nəqliyyat təyyarələri Xankəndi aeroportundan Dağlıq Qarabağdakı humanitar mərkəzlərə xidmət üçün istifadə edəcək”- deyə nəşr iddia edir.

Xatırladaq ki, Xocalı aeroportu uzun illər ərzində Qarabağda fəaliyyət göstərən yeganə hava limanı olub.