NATO komandanı Donbasda, 16 min Ukrayna hərbçisi şəhər döyüşləri üçün hazırdır - Rusiya "sülhməramlılar" yeridəcək?

12 mart, 2021 16:10

Ukrayna ordusunun ikinci Qarabağ müharibəsinin təcrübəsindən istifadə edərək separatçı Donbass regionuna hücuma başlayacağı haqda xəbərlərin yayıldığı, təmas xəttində vəziyyətin sürətlə gərginləşdiyi bir vaxtda NATO quru qoşunlarının komandanı, general Rocer Klutye ötən gün Kiyevə səfər edib.

Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, Klutyenin başçılıq etdiyi NATO nümayəndə heyəti Donbassda dislokasiya olunmuş Ukrayna ordu birləşmələrinə də baş çəkib.

Rəsmi məlumatlara əsasən səfərdə məqsəd Ukrayna ilə NATO arasında inteqrasiya məsələlərinə dair danışıqlar aparmaqdır. Ddanışıqlar zamanı Ukrayna quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirskiy bildirib ki, 2015-ci ildən bu yana NATO 16 minə yaxın ukraynalı hərbçini şəhər döyüşləri üçün hazırlayıb. Ümumiyyətlə, NATO-nun beynəlxalq təlim missiyasının zabitlərinin köməyi ilə 2015-2020-ci illərdə 19 min Ukrayna hərbçisi hazırlıq keçib.

“Bizim əməkdaşlığımızın istiqaməti Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzlərinin sonrakı inkişafına yönəlib, ilk növbədə quru qoşunlarının. Bizim mexanikləşdirilmiş briqadaların hazırlığı üzrə bir neçə təlimlərimiz planlaşdırılıb. Başlıca məqsəd hərbçilərin hazırlanmasının intensivliyini və keyfiyyətini artırmaqdır”,- general Sirkskiy NATO-dan olan həmkarı ilə keçirdiyi brifinqdə deyib.

“Mənim səfərimin məqsədi Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının strukturunu və onun vəzifələrini öyrənmək, quru qoşunlarının komandanlığı ilə artıq başlamış əməkdaşlığımızı möhkəmləndirməkdir”,-general Klutye bildirib.

Bu səfər Donbass separatçıları arasında təşvişi daha da artırıb. Orada hesab edirlər ki, hərbi əməliyyatlar başlasa NATO təlimatçıları Ukrayna ordusuna kömək edəcək.

Məlumatlara görə hazırda Ukrayna öz ordusunun üçdə birini-təxminən 90 minlik canlı qüvvəni Donetsk və Luqansk vilayətləri ilə təmas xətti boyu cəmləşdirib. O cümlədən 450-dən çox tank və 2 minə qədər zirehli texnika, bir o qədər də artilleriya və reaktiv yaylım atəşi sistemləri döyüş düzülüşündədir. Donetsk və Luqansk separatçılarının qüvvələrinin cəmi isə bundan üç dəfə azdır, üstəlik onların tanklarının və digər texnikasının yarıya qədəri nasazdır. Habelə separatçıların qüvvələrinin təchizatı aşağı səviyyədədir, onların etibarlı hava hücumundan müdafiə sistemləri yoxdur. Ukrayna ordusunun həm də “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ilə silahlandığı nəzərə alınarsa separatçıların tezliklə darmadağın ediləcəyi təxmin edilir.

Rəsmi Kiyev əlbətdə ki, Donbassda hərbi əməliyyatlara hazırlaşdığını elan etmir. Bu arada Ukrayna sosial şəbəkələrində belə məlumatlar yayılmaqdadır ki, Rusiya regiona sülhməramlı qüvvələr yeritmək üçün Donbassda təxribatlar hazırlayır. Donbassda isə əksinə, iddia edirlər ki, bu informasiyalar Ukrayna ordusunun tezliklə başlayacaq hücumuna haqq qazandırmaq üçündür.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"