"Konyakdan mərc gəldim ki, amerikalılar Qarabağa qoşun yollayacaqlar" - Erməni müəllim

14 mart, 2021 22:16

"Siz mənə gülə bilərsiniz, amma, doğrudan elə fikirləşirdim ki, Amerika bizi qoruyacaq. Onlar sanki Türkiyənin Azərbaycanı dəstəkləməsinə qıcıqlanmışdılar. Hətta qonşularımla bir butulka konyakdan mərc gəldim ki, amerikalılar Qarabağa qoşun yollayacaqlar. Amma Uduzdum... Qoca adamam, təbliğata tez uyuram. Mənə belə gəlirdi ki, Qərb bizim qeydimizə qalır".

Azsiyasət.com trend.az-a istinadən xəbər verir ki, bu sözləri "Arqumentı i Faktı" qəzetinin reportajında 70 yaşlı ədəbiyyat müəllimi Tamraz Arutyunyan deyib.

Qəzetin reportyoru Yerevanda olub, Ermənistan vətəndaşlarının indi nə fikirləşdiklərini öyrənməyə çalışıb. 

37 yaşlı kompüter proqramçısı Eduard Qaregyan isə daha qəzəblə danışır: "Amerika və Avropa bizi uşaq kimi aldatdı. Ermənistan bizdən dəfələrlə güclü düşmənlə üzbəüz qaldı. Onlar, amerikalılar və avropalılar isə oturub sanki zooparkdakı kimi baxır, bizi necə parçaladıqlarını izləyirdilər". 

Yerevan sakini Aram Qurgenyan deyir: "Ruslar yeganə dostlarımızdır! Bunu həmişə demişəm və deyəcəyəm. Əgər 1920-ci ildə Rusiyanın tərkibinə qatılmasaydıq, türklər erməniləri məhv edərdi. Ermənilərin qırğına məruz qalmadığı yeganə dövr Sovet dövrü olub". 

Ermənilərin dediklərinə görə, indiki baş nazir Nikol Paşinyan müxalifətdə olanda ölkənin Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına çağırırdı. Amma Paşinyan baş nazir kreslosuna əyləşən kimi onun Rusiyaya qarşı yönəlmiş çağırışları bir anda yox oldu. Məlum oldu ki, erməni siyasətçilər Rusiya ilə əlaqələrin kəsilməsinə görə xeyli pul itirməyə hazır deyillər. 

Ermənistan ordusunun sabiq kapitanı Suren Ter-Qukasyan deyir: "Bizə deyirdilər ki, ermənilərin nifrət etdikləri prezident Serj Sarkisyan hakimiyyəti Rusiyaya meyilli idi. Yəni Rusiya bu cür pis adamları, oğru və rüşvətxorları dəstəkləyirdi. Yeni baş naziri Corc Soros fonduna yaxın şəxsər əhatə edirdi və Rusiya əleyhinə fikirlər səsləndirirdi. Paşinyan isə anlayırdı ki, Rusiya ilə münasibətləri korlamağa dəyməz. Bəlkə də o, Lukaşenko kimi Qərbə yönələcəyini deyib Rusiyadan pul almağı fikirləşirdi. Bizdə hamı pulla özünə dost tutmağa öyrənib". 

Ermənilər deyir ki, İkinci Qarabağ müharibəsi günlərində Qərb Ermənistana ünvanlanmış dəstək mesajlar verdi, ABŞ-ın o dönəmdəki prezidenti Donald Tramp atəşkəsə nail olmağa çalışdı. Düzdür, atəşkəs cəmi 2 saat çəkdi. Müharibə yalnız Rusiyanın vasitəçiliyi ilə dayanddı. İndi məhz Rusiyan hərbçiləri Qarabağda mina sahələri və partlamamış mərmilərin arasında xidmət edir. 

İndi Yerevanın mərkəzində, Baqramyan prospektində müxalifətin mitinqlərində ermənilər bu cür şüarlar səsəndirir: "Bizə Qərb lazım deyil. Ruslarla birlikdə olmaq istəyirik! Bizdən inciyibsiniz? Bağışlayın bizi!"

İndi ermənilər deyir ki, Rusiya və Belarusun vahid dövlətinə Ermənistan da daxil olarsa, türklər onlara toxuna bilməzlər.  Reallıq isə budur ki, Qərb Ermənistana heç nə vəd etməmişdi və Azərbaycanla müharibə başlayacağı təqdirdə İrəvana dəstəklə bağlı anlaşmalar da yoxdu. Günah erməni siyasətçilərdədir. Onlar fasiləsiz bəyan edirdilər ki, Ermənistan mütləq Avropa və ABŞ ilə əlaqələri genişləndirməlidir, ermənilərin əsas tərəfdaşları avropalılar və amerikalılardır.  Əslində, Qərbi Qarabağ probleminin çözülməsi heç zaman maraqlandırmayıb.  ABŞ-ın qondarma "erməni soyqırımı"nı tanımasına gəldikdə isə, Vaşinqton bunu Türkiyəni qıcıqlandırmaq, Ankaradan qisas almaq üçün etmişdi:  

"Ermənistanın sağ qalmaq, məhv olmamaq üçün, sadəcə, bir şansı qalıb. Tamamən Rusiyaya meylli mövqe tutmaq. Qəribədir ki, Ermənistanda hələ də bunu tam anlamırlar".

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"