"Minalanmış ərazilərin xəritələri Azərbaycana təqdim edilməsə..." - Prezident şərt qoydu

16 mart, 2021 15:16

“ATƏT-in fəaliyyətdə olan sədri Ann Linden Azərbaycana səfəri zamanı dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini uzun illərdən sonra özü həll edib. Ona görə də Azərbaycanın artıq ATƏT-in bu istiqamətdə fəaliyyətinə ehtiyacı yoxdur”.

Azsiyasət.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq, İlham Əliyevin ATƏT sədri ilə görüşdə səsləndirdiyi fikirlərin də bundan xəbər verdiyini vurğulayıb:

“Münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür”, - deyə Prezident qeyd etdi. Azərbaycan Prezidenti eyni sözləri müharibədən sonra Bakıya gələn ATƏT-in Minsk Qrupu həmsədrlərinə də demişdi.

İlham Əliyev ATƏT sədri ilə görüşdə onu da dedi ki, Azərbaycan işğal altındakı ərazilərin bərpasına başlayıb. Yəni Azərbaycan Prezidenti bu sözlərlə ATƏT sədrinə anlatmaq istəyib ki, Bakının artıq ATƏT-in vasitəçiliyinə ehtiyacı yoxdur. Bakı Dağlıq Qarabağın status mövzusunu müzakirə etmək istəmir. İlham Əliyev ATƏT sədri ilə görüşdən sonra yenidən azad olunmuş bölgələrə səfər edərək erməni işğalının acı nəticəsindən və aparılacaq yenidərqurma işlərindən danışıb.

ATƏT sədri ilə görüşən xarici işlər naziri Ceyhun Bayramov iki faktora diqqəti çəkib.

Birincisi, nazir deyib ki, Ermənistan gizli şəkildə  Azərbaycan ərazisinə silahlı şəxslər göndərir və ATƏT bunun qarşısını almalıdır.

İkincisi, nazir ATƏT sədrinə bildirib ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda  həbs edilən erməni silahlıları əsir deyillər və Ermənistana verilməyəcək. 10 noyabr bəyanatı imzaladıqdan sonra Ermənistan hakimiyyəti Ermənistanın Şirak bölgəsindən Qarabağa 60-dan çox hərbi qulluqçu göndərib. Bu hərbçilər diversiya törədərək, Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini öldürüblər və qanun qarşısında cavab verəcəklər. Digər tərəfdən “əsir” mövzusuna qaldıranlara cavabımız bəllidir: “Emənistan Azərbaycan torpaqlarına minaladığı ərazilərin xəritələrini Bakıya təqdim etsin”. Bu olmadıqca “əsirlər” mövzusu da müzakirə edilməməlidir”.

Elxan Şahinoğlu Ceyhun Bayramovun Azərbaycanla İsveç arasındakı əməkdaşlıqdan danışmasından da söz açıb:

“Nazir qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirir. Hər bir ölkə ATƏT-ə iki il sədrlik edir. İsveçin sədrliyi də iki il çəkəcək. Ona görə də ATƏT sədri Bakıya səfər edərək Dağlıq Qarabağ məsələsindən danışsa da, İsveçin xarici işlər naziri Bakıya təzyiq etməyəcək. Çünki həmin nazir ATƏT-lə yanaşı həm də ölkəsini təmsil edir və İsveçin Azərbaycanla əməkdaşlığını genişlədirməsində maraqlıdır. Azərbaycan rəsmiləri də İsveçli nazirlə görüşdə diqqəti məhz ikitərəfli əməkdaşlığa yönəldiblər”. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"