Natiq Cəfərli: "Onlar partiyalarının bayrağını satmağa hazırdırlar"

18 mart, 2021 16:06

"SSRİ-nin saxlanılması ilə bağlı keçirilən referendumdan düz 30 il keçir. 17 mart 1991-ci ildə SSRİ-nin son çırpıntısı olaraq referendum keçirildi. Baltikyanı respublikalar, Moldova, Gürcüstan və Ermənistan referendumun keçirilməsindən imtina etdilər. Azərbaycan rəhbərliyi isə həm canla-başla referenduma getdilər, həm də 1990-cı il Qanlı Yanvar hadisələrindən sonra milləti heçə sayaraq Kremlə baş əymək üçün növbəyə durdular, guya seçicilərin 75,1 faizi iştirak etdi, guya 93,3 faiz SSRİ-nin saxlanılmasına səs verdi. O zamankı Azərbaycan rəhbərliyi xalqı aşağıladı”.

Azsiyasət.com xəbər verir ki, bu sözləri REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.

“Amma tarix öz sözünü dedi, çürümüş, təməli olmayan, repressiv aparat üzərinə inşa edilən “xalqların həbsxanası” çökdü, SSRİ dağıldı. SSRİ-nin dağılması elan edilən 25 dekabr 1991-ci ildə Kremldə mətbuat konfransı keçirilirdi. Tədbirə xarici jurnalistlər də dəvət almışdılar. Tədbir bitir, saat 19:25-də CNN jurnalistləri Kremldən çıxanda görürlər ki, bir nəfər fəhlə baba SSRİ-nin bayrağını Kreml üzərindən endirir. Həmin prosesi lentə alırlar, bayrağı Kremldən endirən adamdan müsahibə almaq istəyirlər. Fəhlə baba müsahibə verməkdən imtina edir, o zaman CNN-nin jurnalisti həmin bayrağı ondan almaq istəyir, 12 dollar pul təklif edir. Fəhlə baba razılaşır, indi həmin bayraq Vaşinqtondadır. Amma bu hadisənin çox böyük simvolik əhəmiyyəti də var, SSRİ guya fəhlə-kəndli hakimiyyəti idi, amma ideoloji təməli o qədər qeyri-sağlam idi ki, Kremldən rəsmi bayrağı endirən fəhlə, o bayrağı öpüb saxlamaqdansa, onu 12 dollara satmağa üstünlük verdi”,-deyə siyasətçi əlavə edib.

Natiq Cəfərli müasir Azərbaycanda da az şeyin dəyişdiyini vurğulayıb:

“Yenə seçki insititutu yox, yenə ideoloji təməli olmayan siyasi təşkilatlar, yenə dəyərləri, prinsipləri olmayan partiyaların “bayrağını” pula satmağa hazır olan bəzi tərəfdarlar. İşimiz çətindir, amma şərəflidir, ölkədə prinsiplər və dəyərlər üzərinə, ideoloji təmələ söykənən örnək partiya qurmaq, inkişaf etdirmək işi bizim boynumuzun borcudur. YAP klassik anlamda partiya deyil, klassik siyasi təşkilatlarının böyük bir qismi isə şəxsə bağlı populist sektalardır”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI