Zakir Qaralov Rövşən Əkbərovun cinayətinə niyə göz yumub? - Generala əlavə ittihamlar irəli sürüləcək

19 mart, 2021 10:17

“İstər Azərbaycanın, istər Ukraynanın Cinayət Məcəlləsində cinayət məsuliyyətinə cəlbetmə müddətləri var. Qanunda nəzərdə tutulan müddət keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Rövşən Əkbərovun ittiham edildiyi cinayət 2001-ci ildə baş verib, qətlin üstündən isə təxminən 20 ilə yaxın vaxt keçib”.

Azsiyasət.com xəbər verir ki, bunu modern.az-a açıqlamasında hüquşünas Cavad Cavadov general-leytenant Rövşən Əkbərovun həbsi ətrafında yaranmış qalmaqalla bağlı danışarkən bildirib.

C.Cavadov Ukrayna Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən bildirib ki, xüsusilə ağır cinayət törətdikdən 15 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb olunmur: “Bizdə də təqribən eyni halla bağlı eyni vəziyyətdir. Yeganə istisna odur ki, əgər həmin adam təqsirləndirilən şəxs qismində cəlb olunur və istintaq orqanından yayınırsa, barəsində axtarış elan olunmalıdır. Rövşən Əkbərovla bağlı belə bir hal yoxdur. Ona görə hüquqşünas kimi mövqeyim odur ki, indiki halın özü hüquqi cəhətdən əsaslandırılmamış addımdır. Amma bu müddət ərzində onun cinayəti barədə məlumatlı olub, onu məsuliyyətə cəlb etməyən şəxslərlə bağlı tədbir görülməlidir. Əgər bu aşkar cinayət idisə, hamı bilirdisə ki, qətli o törədib, sübutlar kifayət edirdisə, sual yaranır: Rövşən Əkbərov bu müddətdə niyə məsuliyyətə cəlb olunmayıb? Anlaşılan budur ki, Rövşən Əkbərov vəzifə səlahiyətlərinə görə məsuliyyətdən yayındırılıb. Bunu edənlər də məhkəmə-hüquq sisteminə rəhbərlik edənlər olub”.

Xatırladaq ki, Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət törədilən zaman Azərbaycanın Baş prokuroru Zakir Qaralov (2000-2020-ci illər) olub. (İndi çoxlarını bu sual düşündürür: Zakir Qaralov Rövşən Əkbərovun cinayətinə niyə göz yumub?)

Vəkilin sözlərinə görə, indiki məqamda R.Əkbərova qarşı irəli sürülən ittihamlarla ona heç bir cəza verilə bilməz:

“Hətta bu ittihamlarla Azərbaycanın bugünkü reallıqlarında, məhkəmə hakimiyyətində onun məsuliyyətə cəlb edilməsi sual altındadır. Məhz buna görə istisna etmirəm ki, Rövşən Əkbərova əlavə ittihamlar irəli sürüləcək. Çünki indiki ittihamlarla ona cəza vermək mümkün olmayacaq”.

Əlavə ittihamların Rövşən Əkbərovun korpus komandiri kimi orduda xidmət zamanı yol verdiyi nöqsanlara görə verilməsinə gəlincə, C.Cavadov deyib ki, bu barədə heç nə deyə bilməz: “İndi əlavə ittihamlar orduyla bağlı olacaq, yoxsa başqa cinayətlərlə, indiki məqamda mənim səsləndirəcəyim fikir yalnız fərziyyə ola bilər”.
Baş Prokurorluğun yaydığı məlumata görə, 1965-ci il təvəllüdlü Rövşən Əkbərovun əməlində  31 may 2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

"15 mart 2021-ci ildə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

R.Əkbərov 2011-ci ildən orduda birlik komandiri vəzifəsini tutub.

İkinci Qarabağ müharibəsi müddətində onun adı heç bir döyüş əməliyyatında hallanmayıb və sonradan təltif edilənlər sırasında da olmayıb. General Rövşən Əkbərov müdafiə naziri Zakir Həsənovun əmriylə ötən ay ordu sıralarından ehtiyata buraxılıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"