XİN-in həbs edilən idarə müdiri Ramiz Həsənova tabe olub - Nazir müavini niyə yalan danışır? - ARAŞDIRMA - FOTO

13 avqust, 2020 11:21

Dünən Xarici İşlər Nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynovun XİN-də baş verən qanunsuzluqlarla bağlı DTX-ya çağrılaraq ifadələrinin alınması barədə məlumatlar yayıldı.

Bundan dərhal sonra R.Həsənov mətbuata açıqlama verərək istintaqa çağrılmadığını, heç yerdə ifadə vermədiyini bildirdi. R.Həsənovun bununla bağlı açıqlamasında maraqlı bir məqam var. O qeyd edir: “Ümumiyyətlə, mənim fəaliyyət sahəm (XİN-dki fəaliyyətini nəzərədə tutur – S.F.) tamam başqadır. Mətbuat bu cür məlumatları tirajlayarkən dəqiqləşdirmə aparmalıdır”.

“Azsiyasət.com” analitik-informasiya saytı olaraq məsələnin aktuallığını nəzərə alıb, R.Həsənovun nazir müavini kimi fəaliyyət istiqamətlərini araşdırmalı olduq. R.Həsənov “mənim fəaliyyət sahəm tamam başqadır” deməklə əslində nəyi nəzərdə tutur? Həqiqətənmi R.Həsənov XİN-də baş verən qanunsuzluqlarla heç bir əlaqəsi ola bilməzdi?

Məlum oldu ki, R.Həsənovun XİN rəhbərinin müavini kimi birbaşa nəzarət elədiyi sahələr bunlardır: “İkinci Avropa İdarəsi”, Xüsusi şöbə”, “İşlər idarəsi”, “Ümumi katiblik”, “Nazirliyin inspeksiyası”, “Asiya idarəsi”, Amerika idarəsi”, “YUNESKO üzrə Daimi Komissiyanın katibliyi”, “Yaxın Şərq və Afrika idarəsi”.

Məlumat üçün bildirək ki, R.Həsənov nazir müavini kimi 9 idarəyə nəzarət edir, bu idarələr birbaşa onun kurasiyasındadır.

Digər nazir müavinlərinin nəzarətində olan idarələrin sayı 3-5 arasında dəyişir. Məsələn, nazirlikdə 5 idarə N.Hüseynovun nəzarətinə verilib: “Konsulluq idarəsi”, “Arxiv idarəsi”, “Linqvistik təminat idarəsi”, “Xüsusi rabitə təminatı idarəsi”.

Göründüyü kimi, iyulun 3-də DTX-nın həbs etdiyi XİN-in İşlər İdarəsinin müdiri Fərhad Mollazadə birbaşa R.Həsənova tabe olub. R.Həsənovun nəzarət elədiyi, birbaşa məsuliyyət daşıdığı 9 idarədən biri də məhz İşlər İdarəsi olub. Bu barədə XİN-nin rəsmi saytında da məlumatlar yer alıb.

Eyni zamanda, DTX-nın həbs etdiyi Konsulluq İdarəsinin müdiri Faiq Bağırov isə N.Hüseynovun kurasiyasında olub.

Bu faktlardan belə çelə çıxır ki, R.Həsənov və N.Hüseynovun DTX-ya çağrılması barədə yayılan məlumatlar doğrudur, sadəcə R.Həsənov yalan danışmaqla məsələni bitmiş hesab edib.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, R.Həsənov XİN-də baş verən bütün qanunsuzluqlara görə məsuliyyət daşımalı olan əsas 2 şəxsdən (keçmiş nazir E.Məmmədyarov və o) biridir. O, “Xüsusi şöbə” də daxil olmaqla, ən strateji idarələrə rəhbərlik edir. 

Ona görə də, onun məsuliyyətdən yayınması mümkünsüzdür. Hesab edirik ki, nə F.Mollazadə, nə də F.Bağırov tabe olduqları şəxslərin – R.Həsənov və N.Hüseynovun xəbəri olmadan nazirlikdə qanunsuzlluqlara yola verə bilməzdilər. Özü də uzun illər boyu.

Bütün bunlar R.Həsənovun DTX-ya çağrılması barədə yayılan məlumatların doğru olması barədə ehtimalları daha da artırır. Bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik. 

Xatırladaq ki, DTX iyul ayının 3-də XİN-də əməliyyat keçirərək nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə əməkdaşını həbs edib.

Samir FEYRUZOV 

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"