Qlobal böhran yaxınlaşır: ABŞ və Rusiya toqquşması

20 mart, 2021 01:34

ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putini “qatil” adlandırmasından sonra Rusiyadan bir-birinin ardınca açıqlamaların verilməsi davam edir.

Amerika liderinin ittihamı supergüclər arasında yeni “soyuq müharibə” ehtimalını gündəmə gətirib.

Baydenin “qatil” ittihamından sonra jurnalistin “Dünya yeni “soyuq savaş”a hazırlaşır?” sualına Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə cavab verib: “Ən yaxşısına ümid edirik, amma ən pisinə də hazırıq”.

Vladimir Putin isə bundan əvvəl amerikalı həmkarını canlı yayımda debata çağırıb.