Amerikalı politoloq: "Bayden administrasiyası ən qısa zamanda Əliyevin ABŞ-a səfərini təşkil etməlidir"

21 mart, 2021 00:27

Gözlənildiyi kimi, ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Novruzla bağlı təbrik məktubu Ermənistanda, daha dəqiqi, radikal-revanşist dairələrdə və onların yalanlarını yayan təbliğat vasitələrində dərin məyusluq yaradıb. O sırada Armenianreport.com saytı ABŞ liderinin azərbaycanlı həmkarına məlum məzmunlu məktubu Ermənistan üçün hətta “bəd xəbər” kimi qiymətləndirib.

“ABŞ Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə təbrik müraciəti göndərib. İsti müraciətdir. İçində rəsmi Bakının qulağını oxşayan çox şey var. Məsələn, Baydenin “mənim administrasiyam ümumi təhlükəsizlik və regional barışıqla bağlı problemlərin həlli üçün Azərbaycanla işləyəcək” ifadəsi kimi”.

Azsiyasət.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə sözügedən saytın redaksiya məqaləsində deyilir.

Müəllif Baydeni sanki Amerikanın yox, Ermənistanın prezidenti sayaraq, məktubda “Qarabağ məsələsi”nə toxunulmamasından hiddətlənir, tipik erməni isteriyası və həyasızlığı ilə yazır: 

“Məktubda “artsax”a qarşı təcavüzə, ərazilərimizin işğalına, etnik təmizləməyə, hərbi əsirləri geri qaytarmaq istəməməsinə görə Azərbaycana heç bir qınaq yer almayıb. Bu, azmış kimi, Bakının ünvanına komplimentlər var. “Biz sisin iqtisadiyyatı şaxələndirmək və Xəzər dənizinin enerji potensialını inkişaf etdirmək səylərinizi dəstəkləyirik. ABŞ iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq istəyir” məktubda bildirilir. Beləcə, Amerika tərəfinin Azərbaycanla əməkdaşlığa sadiq olduğunu etiraf eləmək zorundayıq. Belə çıxır ki, bu ölkə (Azərbaycan – red.) həm Rusiya, həm də ABŞ-la özü üçün faydalı əlaqələr qurmağı bacarıb. Bizim vəziyyətimiz isə tam əksinədir. Rusiya bizi öz təsir zonasında saxlamaq üçün Ermənistana qarşı hər cür təxribata hazırdır. Birləşmiş Ştatlar üçün isə biz təəssüf ki, maraq kəsb etmirik. Və bu, sadəcə, həyəcanverici yox, böyük faciə vəd edən bir situasiyadır”.

Öz növbəsində beynəlxalq münasibətlər sayəsində amerikalı ekspert Piter Teys hesab edir ki, məktubla ABŞ Prezidenti ən əvvəl Vaşinqtonun Bakı ilə ikitərəfli əməkdaşlığı fəal şəkildə gücləndirməyi hədəflədiyinin mesajını verib. Bu barədə politoloq Vest-az-a bildirib.

“Prezident Bayden Ağ Evlə Bakı arasında ikitərəfli əməkdaşlığı aktiv şəkildə möhkəmləndirməyə köklənib. Önümüzdəki illərdə ölkələr və hökumətlər arasında iqtisadi əməkdaşlığın və siyasi dialoqun səviyyəsində yüksəlişin şahidi olacağıq”, - deyə o qeyd edib.

Amerikalı politoloqun sözlərinə görə, Avropa məkanında regional təhlükəsizlik məsələsi ABŞ xarici siyasəti üçün mühüm əhəmiyyət daşıyır. “Minsk Qrupunun həmsədri olan ABŞ-ın prezident administrasiyası ən qısa müddətdə İlham Əliyevin ABŞ-a rəsmi səfərini hazırlamalı, iki ölkənin ortaq işgüzar forumu təşkil edilməlidir”, - deyə ekspert sonda vurğulayıb.
 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"