Rusiyanın hərəkətləri təhdiddir - NATO bəyanat verdi

24 mart, 2021 00:09

NATO Rusiyanın hərəkətlərini ittifaq üçün təhlükə adlandırıb.

Azsiyasət.com RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə NATO ölkələrinin xarici işlər nazirləri səviyyəsində Brüsseldə keçirilən ilk günün toplantısından sonra verilən açıqlamada bildirilib. 

Qeyd edilib ki, Rusiyanın aqressiv hərəkətləri Avroatlant alyansın təhlükəsizliyi üçün təhdiddir. Bəyanatda o da vurğulanıb ki, bu fonda transatlantik tərəfdaşlıq müttəfiqlərin kollektiv müdafiəsinin açarı olaraq qalacaq. 

Eyni zamanda bildirilib ki, NATO yalnız müdafiə ittifaqı olduğunu, heç bir ölkəyə təhlükə yaratmadığını israr edir.