"S-400 məsələsi Türkiyə üçün bitdi" - Mövlud Çavuşoğlu

24 mart, 2021 18:36

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Brüsseldə yerləşən NATO qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü olub.

Azsiyasət.com xəbər verir ki, Çavuşoğlu görüşdən sonra ölkəsində mətbuat konfransı keçirib. O görüş zamanı toxunulan məsələlərdən danışıb.

Çavuşoğlu qeyd edib ki, Blinkenlə konstruktiv olaraq görüşüb:

"Görüş zamanı S-400 məsələsinin Türkiyə üçün bitdiyini dedim. Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyimizi bildirdim. ABŞ dövlət katibi ilə Türkiyədə və ya ABŞ-da daha geniş tərkibdə görüşün keçiriləcəyinə dair razılığa gəldik”.