Rusiyalı konfliktoloq: "Qarabağ erməniləri Azərbaycan ordusunda xidmət haqda düşünsələr yaxşı olar..."

26 mart, 2021 00:26

“Vitali Balasanyan revanşa susayan ermənilərin hissləri üzərində oynayır, lakin onların sayı getdikcə azalır”.

Azsiyasət.com musavat.com-a istinadən xəbər verir ki, bu sözləri millətlərarası münaqişələr üzrə rusiyalı tanınmış ekspert Yevgeni Mixaylov Vesti.az-a açıqlamsında “dqr”in oyuncaq “təhlükəsizlik şurasının katibi”, terrorçu-quldur Vitali Balasanyanın Dağlıq Qarabağda “könüllülər ordusu” yaratmaq və “dqr”i keçmiş DQMV-in inzibati sərhədlərinə qaytarmaqla bağlı absurd bəyanatını şərh edərkən deyib.

“Balasanyanın bölgə ərazisində hansısa hərbi birləşmə yaratmaq barədə danışmağa heç bir haqqı yoxdur. Qarabağ Azərbaycan ərazisi statusuna malikdir və istənilən bu cür ritorika beynəlxalq hüquqa əsasən, qanunsuzdur. Bundansa, onlar yaxşı olardı ki, Qarabağ ermənilərinin Azərbaycana və onun silahlı qüvvələrinin tərkibində necə xidmət edəcəyi barədə düşünəydilər, çünki başqa seçimləri prinsip etibarilə yoxdur. Qarabağ erməniləri artıq anlamalıdırlar ki, əvvəllər baş verənlərin hamısı keçmişdə qalıb və mövcud gerçəkliklərdə intiqam almaq cəhdləri faydasızdır. Faydalı olan isə məhv edilənləri bərpa etmək, Azərbaycan daxilində yaxşı münasibətlər qurmaq və imtiyazlar əldə eləmək üçün real addımlar atmaqdır”, - deyə konfliktoloq vurğulayıb.

Yevgeni Mixaylov

Onun sözlərinə görə, bu gün Qarabağ ermənilərinə hərbi hissələri komplektləşdirmək baxımından kişi potensialı çatışmır: “Bununla yanaşı, ərazidə bundan sonra var olmağın mənasızlığının dərk edən əhalinin Qarabağdan köçü də güclənib. Hansı ərazi ki, doğma Azərbaycanının ağuşuna tam qayıtmaq istisna olmaqla, heç vaxt özünə qazana əldə edə bilməz”.

Rusiyalı ekspertin ehtimalına görə, nəzəri cəhətcə qanunsuz Qarabağ “ordusu” başqa ölkələrin qanunsuz hərbi birləşmələrinin muzdluları hesabına qurula bilər, ancaq muzdlulara çox pul ödəməli olacaqlar. “Üstəlik, onların Qarabağ ərazilərinə keçməsi məsələsi var. Bu isə həm Azərbaycan, həm də və Rusiya sülhməramlıları tərəfindən nəzarətin güclənməsi səbəbindən getdikcə daha problemli olmaqdadır. Əgər gələcək haqqında düşünmək istəmirlərsə, qoy xəyallarla yaşasınlar” – Mixaylov bildirib.

Vitali Balasanyan

Balasanyanın uydurma “artsax”ın “sərhədlərini” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərinə qaytarılacağı ilə bağlı sərsəmləməsinə gəlincə, Mixaylov bunun da mümkün olmadığını vurğulayb.

“V.Balasanyan sadəcə, intiqam almaq istəyənlərin hissləri ilə oynayır, lakin onların sayı get-gedə azalır. Özünü hər yerdə göstərın iflas perspektiv üçün heç bir şans vermir. Belə şans yalnız bir halda ortaya çıxacaq - hərbi əməliyyatların sona çatması barədə Moskva razılaşması nəticəsində imzalanan müqavilələrin şərtlərində nəzərdə tutulmayan qalır torpaqların da Azərbaycan tərkibinə tam daxil olduğu zaman. Mənim zənnimcə, Balasanyan, ümumiyyətlə ciddiyə alınası vacib bir fiqur deyil. Daha praqmatik siyasətçilərin zamanı gəlir”, - deyə politoloq sonda əlavə edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"