Baydenin "qatil" ittihamı NATO-nu parçalayır - Merkel “qatil”dən qaz almaqda davam edir, Türkiyə çox sıx münasibətlər saxlayır...

26 mart, 2021 13:51

ABŞ prezidenti Co Bayden Vladimir Putini “qatil” adlandırandan sonra bir çox NATO ölkəsi bu ifadəyə uyğun mövqe tutmaq məcburiyyətində qalıb. Ancaq eyni zamanda ABŞ Prezidentinin bu sərt mövqeyi NATO üzvləri arasında müəyyən parçalanmaya da səbəb olub. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baydenin sözlərini qəbuledilməz sayıb.

Sözügedən mövzunun nə dərəcədə kəskin şəkil aldığı NATO-nun Baş katibi Yens Stoltenberqin bu günlərdə keçirdiyi mətbuat konfransında bir daha təsdiqlənib. Belə ki, ona “Siz Baydenin söylədiyi sözlərlə razısınızmı?” sualı veriləndə zalda beş saniyə ərzində tam səssizlik hökm sürüb. Lakin Yens Stoltenberq sualdan yayınaraq cavab verib ki, Rusiya dövlətinin adından baş verən hər şeyə - beynəlxalq hüququn pozulmasına, qonşu ölkələrə qarşı hərbi təcavüzə, öz ölkəsindəki dinc nümayişçilərin döyülməsinə, dissidentlərin öldürülməsinə və ya onlara hücum olunmasına görə Putin cavabdehdir.

NATO ölkələri ABŞ-ın iqtisadi və hərbi gücündən tam asılı vəziyyətdədirlər. Söhbət Avropanın müdafiəsindən düşəndə, Amerikanın dəstəyinə böyük ehtiyac duyan alyans üzvləri Putinin “əlinin qana bulaşdığını” təsdiqləyən bəyanat verməyə məcbur qalırlar. Bununla yanaşı onlar digər faktorlarla da hesablaşmalıdırlar. Rusiya ilə bundan sonra yaxşı münasibətlər saxlamaq istəyən ölkələrin “qızıl orta” tapması çox çətin olacaq.

Məlumdur ki, Almaniyanın Rusiya ilə böyük təbii qaz biznesi var və tərəflər “Şimal axını-2”-dən imtina etməyiblər. Hərçənd ki, ABŞ layihəyə cəlb olunmuş şirkətlərə qarşı sanksiya tətbiq etməklə bu tikintini dayandırmağa çalışır.

Baydenin və ABŞ-ın fikrinə görə, təhlükəsizlik siyasəti baxımından bu cür təbii qaz tədarükü ağılsızlıqdır. Axı, Krımın işğalından sonra Baltik ölkələrinin və Şərqi Avropanın müdafiəsini gücləndirməkdən ötrü illər sərf edilib. Rusiya isə təbii qazdan əldə edilən pulları silahlı qüvvələrinin güclənməsinə yönləndirir.

Məsələ ondadır ki, Almaniya kansleri Angela Merkel təbii qazı həmin “qatildən” almaqda davam edir. Türkiyə isə Rusiyadan Hava Hücumundan Müdafə sistemləri alıb və Putinlə çox sıx münasibətlər saxlayır. Prezident Ərdoğan Baydenin sözlərini “qəbuledilməz və prezidentə layiq olmayan” adlandırıb. Beləliklə, NATO ölkələri arasında parçalanma artıq baş vermiş faktdır.

Digər yandan isə pandemiya vəziyyəti daha da mürəkkəbləşdirir. Rusiyalılar beynəlxalq bazara “Sputnik V” peyvəndini çıxarıblar və Slovakiya, Çexiya, Macarıstan, Almaniya, Fransa, İspaniya kimi NATO ölkələri bu və ya digər formada “Sputnik V” peyvəndinə maraq göstəriblər və bu istiqamətdə əməkdaşlığa hazırdırlar. Buna görə də Amerikanın peyvənd ehtiyatını ixrac məhdudiyyəti altında saxlayan Bayden üçün “qatil” Vladimir Putinlə mübarizə aparmaq asan olmayacaq.

İndiyədək Co Bayden təhlükəsizlik siyasətində özünü, öncədən necə gözlənilirdisə, məhz elə də aparır. O, ABŞ-ın Avropa və Asiyadakı müttəfiqlərilə münasibətləri normallaşdırıb, NATO-ya, həmçinin də Yaponiya və Cənubi Koreyaya lazımi dəstək göstəriləcəyini ifadə edib.

Beləliklə, Bayden Qərb dünyasının ümid bəslədiyi təcrübəli siyasətçi və sabitləşdirici amil kimi Çinin ambisiyalarına qarşı da sərt kurs tutacağını bildirir. Bütün bu mənzərənin içində yalnız onun Vladimir Putin barəsində söylədiyi sərt sözlər xüsusilə seçilir.

“Svenska Dagbladet” (İsveç) 

Tərcümə: azpolitika.info

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"