Rusiya Ermənistana silahları bu yolla verib - FOTO

14 avqust, 2020 10:27

Azərbaycanın 20 faizə yaxın torpağını işğal edən və faktiki olaraq Azərbaycanla müharibə şəraitində olan Ermənistana Rusiyadan 400 tondan artıq silah-sursat daşınması cəmiyyətdə narahatlıq yaradıb. Tovuz döyüşlərində Azərbaycanın generalını və digər rütbəli zabitlərini şəhid verməsindən sonra bu məlumatların təsdiqlənməsi Rusiyaya qarşı suallar yaradıb. Ölkə Prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında da bu məsələlər müzakirə olunub və Rusiyadan buna görə açıqlama istənilib.

Azsiyasət.com saytı qafqazinfo-ya istinadən xəbər verir ki, artıq bu məsələ sosial şəbəkələrdə, media və televiziya kanallarında vətəndaşların, ekspertlərin, ictimai xadimlərin müzakirəsinə səbəb olub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov AzTV-də çıxışı zamanı hadisələri təhlil edərək bildirib ki, Rusiyanın  Ermənistana silah göndərməsinin ortaya çıxması və Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının və dövlətinin prinsipial mövqeyini ortaya qoyması bütün dövlətlər, dünya ictimaiyyəti və hər bir kəs üçün açıq siqnal olmalıdır: “Azərbaycan heç vaxt qonşu dövlətlərə hədə gətirəcək hər hansı iş birliyində olmayıb. Qarşı tərəflər də Azərbaycanın milli maraqlarına, təhlükəsizliyinə hörmət etməli, hədə olacaq hərəkətlərdən kənar durmalıdırlar. Amma bəzi dövlətlərin nankorluğunu görürük. Biz Rusiya ilə bir sıra strateji beynəlxalq layihələrdə yer almışıq. Bu hadisələr onu göstərir ki, Rusiyada hələ də post-imperiya ideyaları ilə yaşayanlar var. Azərbaycan artıq 50-60 il əvvəlki dövlət deyil. Qlobal münasibətlər sistemində də ənənəvi güclər deyil, çoxlu oyunçular var. Regiondakı dövlətlərin başqa gücü var”.  

Azərbaycan Naminə Alyans partiyasının rəhbəri Abutalıb Səmədov bildirib ki, Azərbaycanın müstəqil siyasət yürütməsini Rusiyada müəyyən dairələr qəbul edə bilmirlər: “Ermənistan isə Rusiyanın forpostudur. Azərbaycan özünə güvənir, heç kimin maraqlarına xidmət etmir. Tovuz təxribatından sonra Rusiyanın Ermənistana silah göndərməsinin səbəbi odur ki, gördülər ki, Azərbaycan öz gücü ilə Ermənistana sarsılmaz zərbə vura bilər. İndiki məqamda bu köməyin məqsədi odur ki, Azərbaycanın danışıqlarda mövqeyinin möhkəmlənməsinə imkan verməsinlər. Rusiya çalışır ki, hər iki ölkəni özündən asılı etsin. Amma Ermənistanı asılı etmək üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur. Buna görə də Rusiyada bəzi qüvvələr Azərbaycana arxadan zərbə vurmağa çalışırlar”. 

Ordu.az saytının rəhbəri, hərbi ekspert Ədalət Verdiyev deyib ki, müharibə şəraitində jurnalistlər də informasiya müharibəsi aparmalıdırlar: “Ermənistana ötürülən 400 ton silahı bir günə də istifadə etmək olar ya da məhv etmək olar. Yalnız artileriyamızın verdiyi imkanlar ilə Ermənistanın potensialının 5-7 faizini 2 günə sıradan çıxara biləcək imkanımız var. “Aprel”, “Tovuz”, “Babakər” hadisələri Ermənistan üçün bir siqnaldır. Ermənistan da anlayır ki, “Qarabağ Ermənistandır” deməklə hər şey bitmir, bunun bir cavabı olacaq. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında Ermənistana üzdə dəstək verməyəcəyini desə də, iclasdan dərhal sonra bir gündə iki reyslə Gürcüstan üzərindən Ermənistana silah göndərmək istəyir. Gürcüstan bundan imtina etdiyi üçün Aktau limanına, oradan İrana, oradan Azərbaycanın işğal olunmuş ərazisi üzərindən Ermənistana silah göndərir. Halbuki, Rusiya o əraziləri Azərbaycan ərazisi kimi rəsmən tanıyır. Rusiyanın təyyarəsi Azərbaycanın icazəsi olmadan bizim ərazimizin üzərindən uçursa, deməli, Rusiya bizim suverenliyimizə təhdiddir. Əgər bu hadisələrdən Rusiya siyasi rəhbərliyinin xəbəri yoxdursa, bu məsələ araşdırılsın, cavab verilsin”. 

Qeyd olunub ki, Azərbaycanın Tovuz hadisələrindən sonra Türkiyə ilə birgə təlimlər keçməsi Ermənistanı və onun havadarlarını narahat edib. 

Fuad Çıraqov bildirib ki, Tovuz hadisələrindən öncə Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun üzvlərini fəaliyyətini sərt tənqid edib:

“Minsk qrupunun üzvlərindən biri olan Rusiyanın ardıcıl olaraq Ermənistanı silahlandırması bu qurumdakı fəaliyyətinə ziddir. Rusiya necə ola bilər ki, münaqişənin həll olunması ilə bağlı qrupun rəhbəri olsun, həm də işğalçı dövləti silahlandırsın. Buna görə də ekspertlər, ictimaiyyət nümayəndələri bu məsələni müzakirə etməli və beynəlxalq aləmə mesaj verməliyik ki, bu status-kvo ilə, bu qrupun fəaliyyəti ilə razı deyilik. Artıq bu bizi təmin etmir. Minsk qrupunun 3 həmsədrindən ikisi Ermənistanın tərəfini tutur. Münaqişənin sülh yolu ilə, Azərbaycanın hərbi güc tətbiq etmədən həlli üçün yeni format tapılmalıdır və həmsədrlərin üzvlərində dəyişiklik edilməli, burada Azərbaycanın maraqlarını müdafiə edən dövlətlər də söz sahibi olmalıdırlar. Minsk qrupu formatı etimadını itirib. Rusiya 2016-cı ildə Ermənistana “İskəndər” raketi verdi. Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və özünü qeyri-səmimi tərəf kimi göstərir”.

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri