Pakistan ballistik raketi sınaqdan keçirdi - VİDEO

27 mart, 2021 02:42

Pakistan nüvə başlığı daşıya bilən "Şahin-1А" yaxın mənzilli ballistik raketi sınaqdan keçirib.

Azsiyasət.com xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrindən məlumat yayılıb. Sınaqdan keçirilən ballistik raketin mənzili 900 kilometr təşkil edir. Uzunluğu 12 metr olan raket 1 ton ağırlığında döyüş başlığı daşıya bilir.

Sınaqların uğurlu bitməsi ilə əlaqədar Pakistanın Prezidenti Arif Alvi və Baş nazir İmran Xan hərbçiləri təbrik edirb.