Ukrayna "Bayraktar"ları Qara dənizdə sınaqdan keçirdi

28 mart, 2021 11:32

Ukrayna ordusu Türkiyədən alınan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarını Qara dəniz akvatoriyasındakı təlimlər çərçivəsində sınaqdan keçirib.

Azsiyasət.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir. Məlumata görə, “Bayraktar TB2” Qara dənizdəki Tendrovskaya adası istiqamətində uçuş icra edib.

Pilotsuz aparatlar manevrlərlə əlaqədar müxtəlif təlim vəzifələrini  yerinə yetirib.