"Sülh sazışı Rusiyadan asılıdır" - Partiya sədri ilə MÜSAHİBƏ

28 mart, 2021 17:55

Azsiyasət.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin "Xalq cəbhəsi" qəzetinə verdiyi müsahibəsini təqdim edir:

- Qüdrət bəy, ölkə rəhbərliyinin Rusiya qarşısında "gözükölgəli" olması, buna görə dövlət maraqları ilə bağlı Rusiya qarşısında prinsipial mövqe sərgiləyə bilməməsi barədə müxalifət tərəfindən geniş təbiğat aparılır. Bunu Rusiyanın iqtidara hakimiyyətini qorumaq üçün verdiyi dəstəklə əlaqələndirirlər. Bunlara münasibətinizi bilmək istərdik...

- Onlar uzun illərdi çox şey deyirlər, bəzən həqiqətləri də, amma problemlərin həllinə dair təklifləri ya olmur, ya da gerçəklikdən çox uzaq olur, xalqımızın sosial inkişaf səviyyəsinə, yaxud geosiyasi reallıqlara cavab vermir. İqtidarın Rusiya ilə dostluq və əməkdaşlıq siyasəti yürütməsi Azərbaycanın maraqlarına cavab verir, ölkəmizin qarşısında duran ən ağır problemlərin həllinə imkan yaradır və ən başlıcası, hakimiyyəti yox, daha çox Azərbaycanı qorumaq üçün edilir. Əminəm ki, onlar da realıqla barışmağın, güclə hesablaşmağın zəruriliyini anlayırlar. Sadəcə onları himayə edib maliyyələşdirən bəzi dairələr tərəfindən fit çalınıb, tapşırıq verilib və o icra olunmalıdır. Xalqımız hər şeyi başa düşdüyündən və daha realist olduğundan onlara əhəmiyyət vermir.

Rusiya qarşısında dövlət maraqlarımız qətiyyətlə qorunur. Rusiyanın regionda, o cümlədən həm Ermənistanda, həm Azərbaycanda öz maraqları var, hesab edir ki, 44 gün savaşa müdaxilə etməməklə Azərbaycan xalqının rəğbətini qazanıb. İndi isə ermənilərin etimadını qazanmaq istəyir. Bizi narazı salan elə məsələlər var ki, onlar mətbuatda müzakirə olunmamalıdır. Bəzi narahatçılığımız barədə biz, digərləri barədə jurnalistlər, müstəqil ekspertlər, ictimaiyyət nümayəndələri danışmalıdır. Bu zaman Milli Şuradakılar kimi xalqımız üçün təmənnasız mübarizə apardıqlarını bəyan edib, amma iqtidara yarınmaq üçün deyilməməlidir ki, biz bunu sizin üçün danışırıq, bundan faydalanın. Xaricilər də oxuyub, qulaq asıb gülür.

Qarabağda torpaqlarımız üzərində suveren hüquqlarımızı tam bərpa etmək üçün Rusiya ilə dostluq siyasətini davam etdirməli, ölkəmizi inkişaf etdirməli, növbəti əlverişli tarixi şəraitin yaranmasını gözləməli, addım-addım bu istiqamətdə irəliləməliyik.

- Ermənistanla yaxın gələcəkdə sülh sazişinin bağlanması ehtimalı varmı?

- Açıq danışsaq, bu daha çox Rusiyadan asılıdır. Rusiyanı belə bir sazişin imzalanmasına razı salmaq üçün həm onunla, həm də Ermənistanın Qərbdəki müttəfiqləri ilə gərgin iş aparılmalıdır. Yavaş-yavaş Ermənistanla polemikada sərt ritorikadan imtina etməli, sadə insanlarla barış yolları aramalıyıq. Bunun isə ən yaxşı yolu kommunikasiyaların açılması, iqtisadi və humanitar əlaqələrin bərpa olunmasıdır. Müharibənin yaraları hələ sağalmayıb, buna zaman lazımdır.

- İşğaldan azad olunmuş ərazilərə vətəndaşların qayıdışını sürətləndirmək üçün hansı addımlar atılmalıdır? Bu istiqamətdə görülən işlər Sizi qane edirmi?

- Məskunlaşmanı təmin etmək üçün infrastruktur layihələri həyata keçirilməli, qaz, su, elektrik xətləri, avtomobil və dəmir yolları çəkilməlidir. Bu istiqamətdə işlərə başlanılıb və xeyli iş görülüb. 2021-ci ilin dövlət büdcəsi müzakirə olunarkən demişdim ki, bərpa işləri üçün ayrılan 2 milyard 200 milyon manat çox azdır. İlin 3-cü ayı başa çatır, artıq vəsaitin yarısı xərclənib. Ona görə Neft Fondundan əlavə vəsait ayrılmalı, beynəlxalq birlikdən bərpa üçün kömək istənilməlidir. Hesab edirəm, məskunlaşmaya ermənilərlə sərhəd - yaşayış məntəqələrindən başlamaq lazımdır. İlk növbədə Şuşadan, Laçından, Kəlbəcərdən və s. Bunun olduqca böyük psixoloji və siyasi əhəmiyyəti var. Digər tərəfdən, iqtisadi azadlıqlar verilməli, sahibkarlar və evlərini tərk etmiş insanlar bərpa işlərinə cəlb olunmalıdır. Dövlət orqanları tikinti işlərini "ağıllı kənd" şüarı altında inhisara alacaqsa, bizə Qarabağa kütləvi qayıtmaq üçün on illər lazım olacaq. Əvvəllər demişəm, bir daha təkrar edirəm, bu istiqamətdə korrupsiyanı aradan qaldırmaq və sürətli qayıdışı təmin etmək üçün insanların bank hesabına hissə-hissə pul köçürmək lazımdır ki, təqdim, yaxud təsdiq edilmiş layihələr əsasında gedib kəndlərdə evlərini bərpa etsinlər.

- Qüdrət bəy, ABŞ prezidenti Baydenin son mətbuat konfransında dedikləri barədə nə düşünürsünüz?

- Prezident Bayden, mətbuat konfransında vurğuladığı kimi, dünyada ABŞ-ın liderliyini qoruyub saxlamaq və daha da gücləndirmək istəyir. Amma yaş yalnız təcrübə qazandırmır, həm də orqanizm üçün daşınması çətinləşən yükə çevrilir. Ona görə də bu çətin vəzifəni yerinə yetirmək üçün çox şey vitse-prezident Kamala Harrisdən və onun liderlik bacarığından asılı olacaq. ABŞ beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə ciddi şəkildə hörmət etməklə, müttəfiqlərinin maraqlarını nəzərə almaqla və onlarla səmimi münasibətlər qurmaqla dünyada mövqelərini güləndirə bilər. Amma onunla da barışmalıdır ki, daha uzun müddət birqütblü dünya olmayacaq və dünyanın böyük gücləri ilə hesablaşmalı olacaq.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"