"Abramyanın bacısı Bakıda ərdədir" - "Deyib ki, kürəkənim nazirdir..."

30 mart, 2021 00:14

“Ara Abramyan milyarder olsa da, zənnimcə, onun Ermənistandakı seçkilərdə elə bir şansı yoxdur”.

Azsiyasət.com xəbər verir ki, bu fikri sabiq deputat, politoloq Cümşüd Nuriyev moderator.az-a açıqlamasında bugünlərdə Ermənistanda iyun ayına təyin olunmuş növbədənkənar parlament seçkilərinə qatılacağını bəyan etmiş Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyanın şansları barədə danışarkən ifadə edib. 

Söhbətinin davamında politoloq tanınmış erməni iş adamının seçkilərdə üstünlük qazanmaq şansının olmamasını belə əsaslandırıb: 

“Çünki, əvvəla, o, siyasətçi yox, alverçidir. İkincisi, Ermənistan cəmiyyəti onu qəbul eləmir, ölkədə elə bir bir nüfuzu yoxdur. Üçüncüsü də, Qərb də onu dəstəkləməz. Çünki hamı bilir ki, o, Putinin adamıdır. Üstəlik, bildiyimə görə, ABŞ-ın sanksiya qoyduğu Rusiya iş adamlarının arasında Ara Abramyanın da adı var...”

“Ara Abramyanın Ermənistandakı siyasi karyerasına mane ola biləcək bir məsələni də xatırladım... Yadınıza salım ki, bu erməni milyarderin bacısı Bakıda ərdədir. Bir neçə il öncə adı dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinə xəyanət edən iş adamı kimi geniş hallanmış “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun arvadı Ara Abramyanın bacısıdır. O vaxt Ara özü demişdi ki, bacısı Raisa Ovanesyan, onun qızı Rena Bakıda yaşayırlar, kürəkəni də azərbaycanlıdır. Erməni milyarder öz kürəkənindən xeyli razılıq edərək əlavə etmişdi ki, yeznəsi Bakıda nazirdir. Soruşublar ki, yeznəniz hansı sahəyə rəhbərlik edir, Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir... Düzdü, sonradan həmin Əbülfəzi uzaqlaşdırdılar. Amma yəqin, Azərbaycanla belə yaxınlığı olan adamı Ermənistanda siyasətə yaxın buraxmazlar...” - Cümşüd Nuriyev belə deyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"