ABŞ-la İran arasında bu həftə nə baş verəcək?

30 mart, 2021 13:07

ABŞ elə bu həftə İrana nüvə sahəsində yeni sövdələşmə təklif etməyə hazırlaşır.

Azsiyasət.com xəbər verir ki, virtualaz.org xəbər verir ki, bu haqda “Politico” nəşri ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır.

“Sövdələşmə təklifində İranın nüvə fəaliyyətlərinin bəzi növlərini dayandırmasına dair xahiş yer alır, bura sentrifuqaların təkmilləşdirilməsi və uranın 20 faizə qədər zənginləşdirilməsi proqramları daxildir. Əvəzində ABŞ-ın sanksiyalarının müəyyən qədər yumşaldılması nəzərdə tutulur”,-mənbə deyib.

O əlavə edib ki, detallar hələ müzakirə olunur. Amma İranın bu təklifi qəbul edəcəyinə əminlik yoxdur.

Bildirilir ki, bundan əvvəl Tehran ABŞ-ın bir sövdələşmə təklifini qəbuledilməz sayaraq rədd edib. Əvəzində öz təklifini verib, amma həmin təklifi də ABŞ qəbul etməyib. Mənbələrdən biri deyib ki, Vaşinqton Tehrana uranın 20 faiz zənginləşdirilməsi proqramını dayandırmağın əvəzində dondurulmuş aktivlərin bir qisminə çıxış imkanı təklif edib. Lakin İran bu təklifi rədd edərək cavab təklifində göstərib ki, uranın zənginləşdirilməsini bir ay dayandıra bilər, əvəzində ABŞ bütün sanksiyaları ləğv etməlidir. ABŞ isə bunu ciddi təklifdən daha çox meydanoxuma kimi qarşılayıb.

Bununla belə qəzet yazır ki, hər iki ölkənin rəsmiləri qarşıdakı bir neçə həftə ərzində nüvə sövdələşməsinə dair heç bir irəliləyişin olmaması halında ən azından sentyabra qədər prosesin donacağını dərk edirlər. Sonra isə sövdələşməni ümumiyyətlə xilas etmək mümkün olmayacaq. Ona görə də ABŞ-ın bu həftə irəli sürəcəyi təklif daha çox Tehranla danışıqların bərpasına nail olmağa hesablanıb.

Qeyd edək ki, Donald Trampın dövründə ABŞ İranla nüvə razılaşmasından çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib, üstəlik yeni sanksiyalar tətbiq edib.

Bu arada Tramp Floridada gözlənilmədən qonşularının toy mərasimində peyda olub və mikrofonu götürərək siyasi çıxış edib, İranı, Çini, Meksikanı və İrana sanksiyaları yumşaltmağa hazırlaşan Cozef Baydeni tənqid edib.

O bildirib ki, xəbərləri diqqətlə izləyir. “Meksika ilə sərhəd, Çinlə münasibətlər, İranda situasiya. Bunların hamısını izləyirəm. Biz İranla sövdələşmə bağlamağa hazır idik, onlar isə hər şeyə hazır idilər ki, bu sövdələşmə baş tutsun. Və indi bu oğlan gedir və sanksiyaları yumşaldır, sonra isə deyir ki, danışıqlara hazırdır”,-Tramp Baydeni nəzərdə tutaraq bildirib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"