Qarabağa Rusiyadan ordu generalı gəlib: Bulqakov 250 yerlik daha bir şəhərcik açdı - FOTOLAR

31 mart, 2021 10:09

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov sülhməramlıların məsuliyyət zonasına aid olan Azərbaycan ərazilərinə səfər edib.

Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, ordu generalı Bulqakov Xankəndində Rusiya sülhməramlıları üçün tikilmiş 250 yerlik növbəti şəhərciyin açılışında iştirak edib. O, jurnalistlərə bildirib ki, sülhməramlılar üçün mobil şəhərciklərin hamısı aprelin 5-nə qədər istifadəyə veriləcək. Aprelin sonuna qədər isə Dağlıq Qarabağda mobil hospital işə düşəcək.

“Bu gün biz 25 belə şəhərciyin təchizatını başa çatdırırıq, təhvil verilmə, istismar, lazım olan avadanlıqların quraşdırılması işi gedir. Aprelin 5-dən gec olmayaraq bütün şəhərciklər istismara veriləcək, yəni bizim sülhməramlıların hamısı şəraitlə təmin olunacaq”,-müdafiə nazirinin müavini bildirib.

Qeyd edək ki, Qarabağa 1960 nəfərdən ibarət Rusiya sülhməramlı kontingentinin yeridilməsi 10 noyabr üçtərəfli razılaşmasında əksini tapıb.

Bulqakov dəqiqləşdirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərarı əsasında Dağlıq Qarabağda mobil hospital da tikilir və orada xüsusi təyinatlı tibb dəstəsinin qüvvələri hesabına lazım olsa sülhməramlılara ixtisaslı tibbi yardım da göstəriləcək. Müdafiə nazirinin müavini mobil hospitalın quraşdırılmasının aprelin 5-7-dən gec olmayaraq başlayacağını, ayın sonuna qədər tamamlanacağını deyib.

“Aprelin sonuna qədər biz sülhməramlı qüvvələrimizin tam şəraitlə təmin olunmasını bütün istiqamətlərdə tamamlamağı nəzərdə tuturuq”,-rusiyalı general bildirib.

O, məlumat verib ki, 3 aydan da az müddətdə Dağlıq Qarabağda 12 blok-modul şəhərcik istifadəyə verilib.Bunlar Xankəndində, Qarakənddə, Xaçmaçda, Xocavənddə və Əsgəranda yerləşir. Yaxın günlərdə isə belə şəhərciklər Çartar, Laçın, Sus, Canyataq, Qırmızı Bazar, Ağdərə, Zarıslı, Zabux və digər yaşayış məntəqələrində hazır olacaq.

Şəhərciklərin yaradılması üçün 589 hərbi inşaatçı və 45 vahid texnika səfərbər olunub.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"