Azərbaycan rəsmən təsdiqləyir: "Ermənistan Şuşanı dağıtmaq üçün "İsgəndər" raketləri tətbiq edib"

31 mart, 2021 16:17

Füzuli rayonundan Şuşa şəhərinə çəkilən avtomobil yolunun keçəcəyi ərazilər minalardan təmizlənir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz inzibati mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib. Onun sözlərinə görə, ilk mərhələdə ANAMA tərəfindən Şuşaya çəkilən yolun keçəcəyi ərazinin 34 kilometrlik hissəsində təmizləmə işləri icra olunur.

"Füzulinin Alxanlı və Seyidəhmədli kəndlərinin ərazisi də daxil olmaqla, yolun keçdiyi yerlərdə indiyədək 207 ədəd tank əleyhinə, 168 ədəd piyada əleyhinə, 5 ədəd partlamamış digər hərbi sursat aşkarlanıb. Hazırda kommunikasiya xətlərinin keçdiyi ərazilər minalardan təmizlənir. Ümumilikdə, azad olunmuş ərazilərdə bu günədək 4224 ədəd piyada əleyhinə, 1181 ədəd tank əleyhinə, 2064 ədəd tank əleyhinə minanın partladıcısı, 300 ədəd bombacıq aşkarlanıb. Həmçinin 3 milyon 600 kvadratmetr ərazi təmizlənib. Minatəmizləmə əməliyyatları davam edir".

Anonim ANAMA nümayəndəsi isə Caliber.az-a müsahibəsində deyib ki, 2021-ci il martın 15-də ərazilərin təmizlənməsi üzrə aparılan əməliyyat zamanı iki partlamış raketin qalıqları tapılıb. Həmin qalıqların tapıldığı ərazinin koordinatları belədir: 39°45'38.10«N 46°44'33.90»E и 39°45'27.80«N 46°45'25.80

Agentliyin mütəxəssislərin apardığı araşdırmalar zamanı qalıqların 9M723 raketinə aid olduğu müəyyənləşib. Həmin raket isə “İsgəndər” operativ-taktiki raket kompleksinə aiddir. “Hətta açıq internet mənbələrində araşdırma aparanda məlum olur ki, 9M723 identifikasiya nömrəsi “İsgəndər” raketlərinə aiddir. Bütün bunlar göstərir ki, Vətən müharibəsi zamanı Şuşa şəhərini dağıtmaq üçün Ermənistan “İsgəndər” raketləri tətbiq edib”,-ANAMA nümayəndəsi bildirib.

Qeyd edək ki, “İsgəndər” raketlərinin tətbiq edildiyini, amma “10 faiz partladığını, yaxud partlamadığını” Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamışdı. Ondan əvvəl isə keçmiş baş qərargah rəisi Movses Akopyan müharibənin son günlərində “İsgəndər” raketlərinin tətbiq edildiyini bildirmişdi.

virtualaz.org

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"