"Cənubi Qafqazın hər üç ölkəsində Rusiya əsgərləri var" - ABŞ-ın ölkəmizdəki sabiq səfirindən maraqlı AÇIQLAMA

01 aprel, 2021 01:07

ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekuta CNN Türk telekanalına müsahibə verib. Qarabağ müharibəsinin nəticələrindən, Türkiyənin regiondakı rolundan və digər məsələlərdən danışıb.

Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, keçmiş səfir Cənubi Qafqazdakı vəziyyətin müharibəyə qədər də kövrək olduğunu deyib.

“Dəfələrlə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi  zərurətini ifadə etdik. Azərbaycan torpaqlarının işğalı belə davam edə bilməzdi. Ermənistanın təhlükəsizliklə bağlı narahatlıqları da davam edə bilməzdi. Ötən payızda yaşanan müharibə nəticəsində bölgədəki geosiyasi vəziyyət dəyişdi. SSRİ-nin dağılmasından sonra ilk dəfədir ki, Cənubi Qafqazın hər üç ölkəsində Rusiya əsgərləri var. Ermənistanda onsuz da vardılar. Gürcüstana 2008-ci ildə işğalla girdilər. İndi isə Azərbaycandadırlar”,- Robert Sekuta bildirib.

Diplomat qeyd edib ki, Türkiyə Azərbaycana həm mənəvi, həm hərbi-siyasi dəstək verən çox önəmli müttəfiqdir. Və qarşıdakı dövrlərdə Türkiyənin regiondakı ixtilafların aradan qaldırılmasında, davamlı sülhün təmin edilməsində kritik rol oynayacağı gözlənilir.

Səfir Sekuta daha sonra Türkiyənin NATO və Rusiya ilə münasibətlərini şərh edib. Bildirib ki, Türkiyə çox önəmli və dəyərli NATO üzvüdür.

“ABŞ və Türkiyənin mümkün ola biləcək ən yaxın münasibətlərə malik olması çox önəmlidir. Suriya regiondakı ən qarışıq problemdir. Cənubi Qafqaz da qarışıqdır. Təbii ki, Türkiyənin planları haqda şərh verə bilmərəm, amma Amerika olaraq Türkiyənin regionda məsuliyyətli rol oynamasını istəyirik. Çünki bölgədə nə baş verirsə versin, birbaşa Türkiyəyə təsir edir. Çox çətin bölgədir. Suriya getdikcə qarışır və insanlıq böhranı böyüyür. Türkiyədəki qaçqınların sayı, Suriyadan qaçqın düşənlər artır. Rusiyanın Əsədə dəstək verməsi və Əsədin güzəştə getməməsi vəziyyəti daha da ağırlaşdırır”,-Robert Sekuta bildirib.

Əlavə edib ki, bütün bu məsələlərdə ABŞ Türkiyənin müttəfiq olaraq qalmasını, onunla birlikdə çalışmasını görmək istəyir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"