Abutalıbovun da qapısı "döyülür" - Danışması və xidmətlərini xatırlatması təsadüfidirmi?

01 aprel, 2021 10:35

Xüsusi təqdimata ehtiyacı olmayan Hacıbala Abutalıbovun mətbuata son müsahibəsi bəzi maraqlı məqamlarıyla seçilməklə yanaşı, müəyyən suallar da yaratdı. Bu sualların ən əsasları Abutalıbovun niyə məhz indi “üzə çıxması”, növbəti dəfə Heydər Əliyevə sədaqəti, xidmətləri, ailəsindəki vəziyyət və nəhayət, övladlarının işilə bağlı danışmasıdır.

Abutalıbov müsahibəsində övladlarının biznesinə toxunur və “ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar, öz ailələrini dolandırmamalıdırlar? Hamı hansısa işilə, əməyilə ailəsinə çörək qazanır, mənim övladlarım da o insanlardan biridir” deyir.

Əvvala, Azərbaycanda nədənsə məhz iri məmur övladlarının uğurlu iş adamı olması adi hal alıb və bu şəxslərin ilkin kapitalı haradan alması, qısa müddətdə necə milyonçuya çevrilməsi barədə onlara sual verən olmur. 

Ancaq indi əsas məsələ bu yox, Abutalıbovun öz övladlarının imkanlarını mümkün qədər kiçik göstərməsi, onların fəaliyyətini, biznesini sadəcə, “çörək qazanmaq” kimi təqdim etməsi, özününsə dəbdəbədən, var-dövlətdən, az qala dünya malından uzaq, ruhani şəxslərə aid həyat yaşaması görüntüsü yaratmasıdır. Lakin hər kəs gözəl başa düşür ki, bu “çörəyin” “mayası” Abutalıbov tərəfindən 5 il Suraxanı rayonunun icra başçısı, 18 ilə yaxın isə Bakının meri olduğu vaxtlarda məlum vasitələrlə yoğrulub.

Hamı bilir ki, məhz onun rəhbərliyi dövründə Suraxanı rayonu, sonradan isə bütün Bakı ərazisində torpaqlar qarış-qarış satılmağa başladı, tikintiyə razılıq sənədləri başda olmaqla, istənilən sənəd və arayışların verilməsi, tenderlər, dövlət satınalmaları və s. əsl pulkəsən maşına çevrildi. Nəticədə, BŞİH, böyük bir torpaq alqı-satqısı kontoru, “makler köşkü”, “korrupsiya yuvası”na döndü.

Və bütün bunlardan sonra hələ Hacıbala Abutalıbov müsahibəsində jurnalistin “niyə gözə görünmürdünüz” mənasını verən sualına cavabında deyir: “İstədim ki, bir az tək qalım. Özüm özümü başa düşüm ki, mən kiməm.”

Doğrusu, Abutalıbov bu sualı özünə yox, hansısa sənədi almaq üçün aylarla, illərlə BŞİH-in və ona tabe olan digər qurumların qapılarında qalan, bu qurumun qanunsuzluqları, özbaşınalıqlarıyla üzləşən, rüşvət verməsə heç bir işi ötüşməyən və digər haqsızlıqlarla qarşılaşan, rüşvət qarşılığında Bakının qarış-qarış satılmasına, şəhərin nizamsız, səliqəsiz, qanunsuz tikililərlə doldurulmasına baxıb içi yanan vətəndaşa, sahibkara versə, daha yaxşı olar. Onlar Abutalıbova onun kim olduğunu başa salar, daha yaxşı izah edərlər...

Müsahibədəki əsas məqsədə gəlincə, adətən, belə müsahibələr təsadüfən verilmir və mütləq nəyəsə hesablanır. Buna qədər Abutalıbov xeyli müddət idi ki, mətbuatdan uzaq dururdu. Onu da qeyd edək ki, son qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da var. Özü də onun adı İdarə Heyətindən çıxarılmaqla yanaşı, heç yeni yaradılan Veteranlar Şurasına da salınmadı. Bu, hakimiyyətdə ona olan münasibətin təzahürü sayıla bilər.

Digər yandan Səlim Müslümovun həbsi, Ramiz Mehdiyev, Ziya Məmmədov və digərləri daxil olmaqla, sabiq iri məmurların “silkələnməsinə” dair yayılan məlumatlar Abutalıbovu da narahat etməmiş deyil. Onun da qapısının döyüləcəyini və ya artıq döyüldüyünü istisna etmək olmaz. Bu baxımdan sabiq merin olduqca ehtiyatlı, sentimental, hakimiyyətə və Heydər Əliyevə sədaqətinin, eləcə də onun Abutalıbov barədə vaxtilə dediklərinin xüsusi qabardıldığı müsahibəni təsadüfi saymaq olmur. Çünki necə deyərlər, arif adam sabiq merin müsahibədə hakimiyyətə hansı mesajlar verdiyini dərhal görür...

Ümumiyyətlə, əgər diqqətlə baxsaq, Ramiz Mehdiyev başda olmaqla, “sabiqlər” hər imkanda hakimiyyətə sədaqətlərindən və xidmətlərindən bəhs edirlər. Ancaq nədənsə xalqdan, dövlətdən oğurladıqlarından və özlərinə, övladlarına qurduqları biznesdən, səltənətdən danışmağı sevmirlər. Çünki bu var-dövlətin qismən də olsa onların əlindən alınması ehtimalı var.

Elə Abutalıbov da bu təhlükəni yaşayanlar sırasındadır. Odur ki, tez-tez kövrələrək verdiyi həmin müsahibəni sadəcə qocalıq, sentimentallıq, həyatın faniliyini dərk etmə və sairdən çox “özünüqoruma instinktinin” təzahürü saymaq daha doğru olar. 

Azpolitika.info

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"