Cahangir Əsgərov və Cavid Qurbanov yoxlanılacaqmı?

01 aprel, 2021 11:20

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib. 

Qeyd edək ki, iri dövlət müəssisələri- “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətlərində və eləcə də “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləndən sonra həmin qurumlarda müşahidə şuralarının formalaşdırılması həyata keçirilir. Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcəklər. Əsas məqsəd həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılmasıdır.

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında iri dövlət müəssisələrinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsinin əsas məqsədlərindən söhbət açıb. Ekspert qeyd edib ki, əsas məqsəd dövlət şirkətlərinin rentabelli çalışmasını təmin etməkdir:

"Bu onların dövlət büdcəsindən aldığı dotasiyaları kəsmək və xərclərini azaldaraq normal xidmət göstərməsinə atılmış yönəlik addımlardır. Bildiyimiz kimi, bu dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinə çoxdan verilmişdi. İndi isə yeni olaraq müşahidə şuraları yaradıldı. Müşahidə Şuralarına tapşırıq verilib ki, bu dövlət şirkətlərinin idarə edilməsi ilə bağlı yeni idarəetmə konsepsiyası hazırlasınlar. Onların rekonstruksiya olunması, yenidən qurulması, yeni idarəetmə formasının tətbiqi, xərclərin azadılması, xidmətin, keyfiyyətinin yaxşılaşdırılması kimi bütün bu məsələlər yeni yaradılımış qurumların səlahiyyətinə aiddir".

Ekspert qeyd edib ki, digər qurumlar kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində də müəyyən problemlər olub:

“Azərbaycan Dəmir Yolları”da həm qiymətlə, həm xidmətlə, həm də gediş zamanı müəyyən problemlər var idi ki, bunlar da zaman-zaman vətəndaşlar tərəfindən dilə gətirilirdi. Yeni yaradılmış qurumun indi əsas vəzifəsi ondan ibarətdir ki, birincisi, dəmir yolları şirkətinin tam auditini aparsın. İkincisi, xərclər istiqaməti müəyyənləşdirilsin.

Həmçinin harda şişirdilmiş xərclər varsa, onların aradan qaldırılması üçün addımlar atılsın. Növbəti mərhələdə isə paralel olaraq xidmətin yaxşılaşdırılması ilə bağlı yeni təkliflər paketi hazırlanmalıdır.

Yeni təkliflər paketi olmalıdır ki, xidmətin yaxşılaşdırılması ilə bağlı hansı addımlar atılacaq bilinsin. İndi qurum yeni yaradılıb və Müşahidə Şurası da yeni təsis edilib. Növbəti addımları gözləməkdə əlbəttə ki, fayda var. Amma hesab edirəm ki, ən azından problemlərin təsbit olunması və ilkin olaraq qiymətləndirmə aparılması üçün bu şirkətlərin ciddi bir audit yoxlamasına ehtiyac var, o cümlədən də “Azərbaycan Dəmir Yolları” şirkətinin.

Bu audit yoxlaması nəticəsində həm xərclər, həm gəlir istiqamətləri dəqiqləşdirilməlidir. Bundan sonra isə şirkətin idarə edilməsinin optimallaşdırılması ilə bağlı yeni "yol xəritəsi" qəbul edilməlidir".

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI