"Proqnozlarım doğru çıxdı: Azərbaycan və Türkiyə Rusiya reallığını düzgün qiymətləndirdilər"

02 aprel, 2021 00:07

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Ilur.am saytında daha bir məqalə yayımlayıb.

Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, keçmiş dövlət başçısı çıxışlarında, müsahibələrində və məqalələrində “Qarabağ probleminin həllinin açarı Rusiyanın əlindədir” fikrini dəfələrlə dilə gətirdiyini xatırladıb və bildirib ki, bu fikir siyasi qüvvələr, ekspertlər və mövcud hökumət tərəfindən çaşqınlıq və ya qəzəblə qarşılanırdı.

"Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edən maraqların meydanı olub, olaraq qalır və hesab etmək sadəlövhdür ki, o, bu maraqları qorumaq yolundan nə vaxtsa imtina edəcək. Bu o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı... Rusiyanın əlindədir. Odur ki, üstünlüklərindən asılı olmayaraq, istənilən Ermənistan hökuməti həyati vacib problemlərin həllini həmin geosiyasi kontekstdə axtarmalıdır. Bu davranış nə arzularla, nə də oriyentasiya ilə yox, yalnız reallığın dərk edilməsi və siyasi realizmin imperativliyi ilə bağlıdır. Mənim fikrimcə, Ermənistan hakimiyyəti bunu hələlik dərk etmir", - sabiq prezident yazıb.

Onun fikrincə, Qarabağ məsələsində baş verən faciənin əsas səbəblərindən biri Ermənistanın hazırkı və əvvəlki iki hakimiyyətinin bu reallığı dərk etməməsi və ya onlara məhəl qoymamasıdır. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan reallığı daha düzgün qiymətləndirirlər və bu ölkələrin Rusiya ilə bu yaxınlardakı fəal təmasları bunu göstərir.

"Hələ 1998-ci ildə proqnozlaşdırdığım şeylər gerçəkləşdi. 8 yanvarda Ermənistan Təhlükəsizlik Şurasının iclasındakı çıxışımda xüsusilə bunları qeyd etmişdim: “İstisna etmirəm, əksinə, düşünürəm ki, Xəzər neftinin hasilatı və neft boru kəmərlərinin çəkilməsi problemləri nəzərə alınaraq Rusiyanın tezliklə Azərbaycanla normal münasibətlər qurmaq üçün ciddi səylər göstərəcəyi və bu halda Ermənistanın,  Rusiya Federasiyasının Zaqafqaziyada yeganə müttəfiqi və strateji tərəfdaşı kimi,  üstünlüklərini itirəcəyi olduqca təbii və ehtimal olunandır”. Zənnimcə, Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın Ermənistan və Qarabağ üçün nəticələrini təsəvvür etmək elə də çətin deyil”, - məşhur siyasətçi vurğulayıb.

Belə bir nəticəyə gəlmək olar ki, Qarabağ nizamlanması prosesində yeni bir Rusiya-Türkiyə-Azərbaycan formatının formalaşması fakta çevrilir. Ancaq bu o demək deyil ki,  ATƏT-in Minsk qrupunun həmsədrliyini əvəz edəcək, hansı ki, Ter-Petrosyana görə, ən azı  beynəlxalq səylərin uzlaşması təəssüratı yaratmaq və Qərbi qıcıqlandırmamaq üçün bundan sonra da saxlanacaq...

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"