"Putin buna görə İlham Əliyevə cavab verməlidir, çünki bu ciddi..." - Aleksey Venediktov

04 aprel, 2021 19:36

Şuşaya atılan “İskəndər” raketləri “Exo Moskva” radiostansiyasının “Budem nablyudat” (“Müşahidə edəcəyik”) proqramında aparıcı Sergey Buntmanla baş redaktor Aleksey Venediktovun söhbətində müzakirə olunub.

Azsiyasət.com virtualaz.org-a istinadla söhbətin həmin hissəsini təqdim edir:

S.Buntman: İndi mən haradan uçub gəldiyi məlum olmayan “İskəndər”lərlə məşğul olmaq istərdim.

A.Venediktov: Bəli, bu dolaşıq əhvalatdır.

S.Buntman: Bəli.

A.Venediktov: Baxın, doğrudan da minaların təmizlənməsi üzrə agentlik işləyir, həmişə olduğu kimi, münaqişələrdən sonra, təbii olaraq. Və iki “İsgəndər” operativ-taktiki raketlərinin qalıqları aşkarlanır. Və orada tanınma nişanı saxlanılır. Və o ilk növbədə prezident Əliyevə təqdim edilir, sonra qalanlara. Və Əliyev, mən başa düşdüyüm qədər, bu məsələ ilə bağlı Putinə zəng vurur. Nəyə görə Paşinyana deyil, Putinə? Birincisi, mən yada salıram ki, Paşinyan “İsgəndər”lərin atıldığını deyəndə onu fitə basdılar, gülüş hədəfinə çevirdilər, xüsusən bizim, Rusiyanın Müdafiə Nazirliyi. Və Putin dedi, və Peskov onu təkrarladı: “İsgəndər”lər tətbiq olunmayıb.

Problem bax bundadır. Həmin “İskəndər”lərdə saxlanılmış “markirovka” göstərir ki, bu ixrac variantı deyil, bu həmin variant deyil ki, Ermənistana satılmışdı və nəticədə orada olmalı deyildi. 9M723 müstəsna olaraq Rusiya Silahlı Qüvvələrinin silahlanmasında olan raketlərin tanınma nişanıdır.

Və bu sırağagün olub, deyəsən həftənin cümə günü, Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərin keçirildiyi bir vaxtda. MDB xarici işlər nazirləri Şurasının iclası gedir. Və orada Lavrova da bu dəlillər təqdim olunub. Mən başa düşdüyüm qədər o, heç bir cavab verə bilməyib. Və mənim başa düşdüyüm qədər Putin məsələni araşdırmağı tapşırıb, çünki belə hal olmalı deyildi. “İskəndər”lərin buraxılması peykdən izlənir. Gümrü bazasından da heç nə uçmayıb. Ən azından bunu təkcə bizim peyklərimiz göstərmir, başqaları da çəkir.

Pardon, o zaman 9M723 nişanlı “İskəndər”lər ora (Şuşaya) necə uçub gedib – üstəlik partlamayıb? Bu böyük sualdır. Doğrudur, indi nə istəsən fikirləşib tapmaq olar. Lakin Gümrüdən uçmayıb. “Markirovka” aydın deyil. Ümumən hələ ki, bizim diplomatların reaksiyası belədir: “Bu nə işdir belə?” Və mənim də reaksiyam belədir. Hesab edirəm ki, bu suala hər halda kimsə cavab verməlidir: hərbçilər Putin qarşısında, Putin Əliyev qarşısında. Çünki bu ciddi əhvalatdır.

Bilirsən, Seryoja, bu kimyəvi silah kimidir. Yəni sizin ixrac üçün nəzərdə tutulmamış “İskəndər”ləriniz orada dolaşır, yəni ancaq Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alan raketlər. Belə ağrılı əhvalatdır.

S.Buntman: Bu çox ciddi əhvalatdır.

A.Venediktov: Doğrudan da cavab yoxdur.

S.Buntman: Bəli, bu “İskəndər”lər aydın deyil. Onları “quşatandan” buraxa bilməzsən ki, hətta səndə sadəcə olaraq raketlər varsa.

A.Venediktov: Bu, “Buk” (Ukraynada sərnişin təyyarəsinin “Buk”la vurulması zamanı bu zenit-raket kompleksinin buraxılmasına rus əsgərlərinin məsul olması haqda müzakirə nəzərdə tutulur – red.) kimidir.

S.Buntman: Bəli, elədir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"