"Qarabağda kimin "İsgəndər"ləri atəş açırdı?" - "BBC Ukraina"

05 aprel, 2021 00:01

“BBC News Украiна” Qarabağda ikinci müharibə zamanı "İskəndər" raket komplekslərinin tətbiqi mövzusunda məqalə hazırlayıb.

Azsiyasət.com həmin məqaləni təqdim edir:

"Azərbaycan bildirir ki, Qarabağda Rusiyanın "İskəndər" raketlərinin qalıqlarını aşkarlayıb.

Moskvada isə inad edirlər ki, bu silah son müharibədə istifadə olunmayıb.

Şuşada iki raket

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) cümə günü Bakıda iki raketin qalıqlarını nümayiş etdirdi. İddia edilir ki, bunlar Şuşa şəhərində 15 martda minalardan təmizləmə zamanı aşkar edilmiş "İskəndər" raketlərinin qalıqlarıdır.

ANAMA nümayəndəsi raketlərin qalıqlarının şəklini göstərdi. Onun sözlərinə görə, indi mütəxəssislər onların modifikasiyasını dəqiqləşdirirlər.

"Qırıntılar bir-birindən 780 metr məsafədə idi. Bu yaxınlarda aparılan araşdırma göstərdi ki, Şuşa şəhərinə tərəf “İskəndər-M" raketi buraxılıb", - ANAMA-nın Operativ Qərargahının rəhbəri İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, raketin (9M723) nişan nömrəsinin yoxlanılmasının gedişatında müəyyən edilib ki, qalıqlar "İskəndər" raket kompleksinə aiddir.

Qeyd edək ki, Şuşa şəhəri ən əhəmiyyətli strateji məntəqədir.

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan isə bu xəbərləri şərh etməkdən imtina edib: "Heç nə deyə bilmirəm, çünki informasiya açıqlana bilməz".

Kremlin nümayəndəsi Dmitri Peskov Bakının bəyanatlarını şərh edərək, yenidən bildirib ki, Qarabağ münaqişəsində "İskəndər" raket kompleksləri tətbiq edilməyib.

"Mənim bildiyimə görə, bu, yeni informasiyadır", - o jurnalistlərə deyib.

Azərbaycan mediası həmçinin diqqəti nişanlamaya əsasən buraxılmış raketlərin ixracat variantı olmamasına - yəni onların Rusiya hərbçiləri tərəfindən istifadə üçün nəzərdə tutulmasına cəlb edib.

İdris İsmayılov eyni zamanda bildirib ki, raketlərin dəqiq modelləri hələ dəqiqləşdirilir.

Dmitri Peskov Qumlar isə cavabında "İskəndərlər"in istifadəsi ilə bağlı jurnalistlərə xatırlatma edib: "Siz "İskəndər"lərin tarixini xatırlayırsınız ki, onlar münaqişə zamanı tətbiq edilmirdilər və bu təsdiqlənib".

Söhbət Ermənistanın siyasi böhranını kəskinləşdirən və növbədənkənar seçkilərin elan olunmasına gətirib çıxaran qalmaqaldan gedir.

Ermənistanın baş naziri Nikol Paşinyan həmin vaxt bildirib ki, Dağlıq Qarabağda döyüş əməliyyatlarının gedişatında "İskəndər" raketləri partlamayıb və ya atılan raketlərin yalnız 10%-i partlayıb. O, bununla sabiq prezident Serj Sarkisyanın erməni hərbçilərin döyüş əməliyyatlarının lap əvvəlində "İskəndər" raletlərinin tətbiq edə bilməsi barədə iddiasına cavab verib.

Paşinyan administrasiyası nəticədə onun iddiasını səhv adlandırıb və izah edib ki, baş nazirə yanlış məlumat veriblər.

Dmitri Peskovdan həmçinin Kremlin qırıntıları aşkarlanan "İskəndər" raketinin hardan çıxması barədə soruşulub.

"Yox, biz bu barədə informasiyaya malik deyilik", - Kremlin nümayəndəsi deyib.

Rusiya Müdafiə Nazirliyi hələ fevralda bildirirdi ki, Dağlıq Qarabağda münaqişə zamanı heç bir "İskəndər" raket kompleksindən istifadə olunmayıb.

"Bizdə təsdiq edilmiş obyektiv və səhih məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişatında bu tip raket komplekslərinin heç biri tətbiq edilmirdi", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilirdi.

Fevralda Rusiya hərbçiləri bildirirdilər ki, raketlərin bütün döyüş sursatı Ermənistanın silahlı qüvvələrinin anbarındadır. Qeyd olunur ki, Ermənistan Rusiyadan "İskəndər-M" operativ-taktik raket kompleksinin ixracatı variantını alıb.

Bir az əvvəl Dağlıq Qarabağda olmuş ukraynalı şərhçi Roman Boçkala qeyd edib ki, aşkar edilmiş raketlər böyük qalmaqal yarada bilər, axı Şuşaya atılan raket "Rusiyanın əl işinə oxşayır".

“BBC News”un müxbiri Qriqor Atanesyan:

“Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin təqdim etdiyi yeni məlumatlar Rusiya Müdafiə Nazirliyinin Ermənistan tərəfindən “İskəndər” raketindən istifadəsi faktını təkzib edən bəyanatları ilə ziddiyyət təşkil edir.

Ancaq Bakının açıqlamaları bu komplekslərin Ermənistan tərəfindən istifadəsinə dair ilk və yeganə dəlil deyil.

Onların tətbiqinin izləri müharibənin son günlərində ortaya çıxdı.

Noyabrın 9-da, Azərbaycan, Ermənistan və Rusiyanın liderləri tərəfindən atəşin dayandırılması haqqında sazişin imzalamasından bir neçə saat əvvəl sosial şəbəkələrdə erməni əsgərlərinin raket kompleksini işə salmaları, 41 saniyə fərqi ilə iki raket buraxmaları fonunda video yayılıb.

Yerli jurnalistlər vurğulayırlar ki, "İskəndər-E" ("İskandər"lərin ixracat variantı) Ermənistanın arsenalında belə sürətli raketlərin buraxılışı üşün yeganə sistemdir.

Bundan başqa, hələ noyabrda Ermənistan hökumətindəki mənbə “BBC News”a müharibənin son günlərində "İskəndər"lərin istifadəsindən danışırdı. Erməni ordusunun general-polkovniki Movses Akopyan sübutlar vermədən bu operativ-taktik raketlərin tətbiqi haqqında danışırdı.

Bu mövzu fevralın sonunadək - Nikol Paşinyanın müharibə zamanı istifadə edilən Rusiya “İskəndər” komplekslərinin raketlərinin cəmi 10%-nin partladığını və ya partlamadığını söyləyənə qədər hərbi ekspertlərin maraq zonasında qaldı.

Bu sözlər Moskvada qəzəb doğurdu. Tezliklə Rusiya Müdafiə Nazirliyində bildirdilər ki, Qarabağda "İskəndər" raketləri tətbiq edilmirdi. Kremlin Paşinyanın yanlış fikirdə olduğunu iddia etdi".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"