Minsk Qrupunun keçmiş həmsədrlərindən sensasiyalı etiraflar: "Ən yaxşı restoranlarda yeyirdik, yaxşı yaşayırdıq..."

05 aprel, 2021 12:56

Riçard Hoqland: “Mən şəxsən belə bir qənaətə gəlmişdim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həll edə bilər”

“"Lavrov planı" ilə bağlı bilirsinizmi, Rusiyalı həmsədr Popovun səmini cavabı nə oldu?...“

Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsindən sonra ATƏT-in Dağlıq Qarabağ tənzimləməsində hər hansı rolu qalırmı?

“Azadlıq” radiosunun məlumatına görə, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş məqaləsinə belə bir sualla başlayıb.

Müəllif özü dərhal bu suala cavab verərək bildirir ki, baxır sualı hansı tərəfə verirsiniz.

Məqalədə deyilir ki, ATƏT-in Minsk qrupunun işinin davam etdirilməsi İrəvana Dağlıq Qarabağın yekun statusunun həlli üçün lazımdır. Amma Bakı bunun tamamilə əksini düşünür və bidlirir ki, Dağlıq Qarabağ onun tərkib hissəsidir və bu, həmişə belə olacaq.

Hoqland yazır ki, bu ziddiyyət əslində ATƏT-in Minsk qrupunun lap əvvəldən üzləşdiyi barışmazlıqdır.

O qeyd edir ki, Minsk qrupuna Azərbaycan və Ermənistandan başqa Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyə daxil olsalar da, “gündəlik üzbəüz işi” Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər aparır: “Dövlət Departamentində 30 illik fəaliyyətimdən sonra bu yaxınlarda təqaüdə çıxanda, məndən rica etdilər ki, Minsk qrupunun ABŞ-dan olan keçid həmsədri kimi 2017-ci ilin yanvarından sentyabrınadək diplomatik xidmətə qayıdım. Çünki amerikalı həmsədr özəl sektorda başqa işə keçdiyi üçün vəzifəsini qəflətən tərk etmişdi…”

Minsk qrupunun həmsədrliyinə gəlişinin tarixçəsindən söz açan Hoqland daha sonra qeyd edir ki, o Azərbaycan və Ermənistanda heç vaxt diplomatik xidmətdə olmasa da, Dövlət Departamentindəki işi Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı olub və buna görə də Dağlıq Qarabağ münaqişəsi haqqında ən azı ümumi təsəvvürə malik idi.

Hoqland ABŞ xarici siyasət idarəsinin başqa mətbəx sirrlərini də açır və bildirir ki, bu vəzifəyə gəlməzdən əvvəl tərəddüd edib, çünki Minsk qrupunun həmsədri vəzifəsi karyera etmək vəzifəsi yox, gözləmə vəzifəsidir. Yəni diplomatlar bu vəzifədə adətən daha yüksək vəzifəyə gedənədək vaxt keçirirlər.

Diplomat bütün bunlara baxmayaraq maaşlı vəzifəsinə vicdanla yanaşdığını yazır.

Hoqland yazır ki, müəyyən mənada həmsədrlərin işi - diplomatın adi insanların təsəvvüründə olduğu kimi idi: “Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam çox-çox az iş görülürdü”.

Hoqland yazır ki, uzun illər ərzində ATƏT Madrid Prinsiplərini – Dağlıq Qarabağ münaqişəsinin yekun həlli və Dağlıq Qarabağ əhalisinə öz müqəddəratını təyinetmə hüququ verəcək yol xəritəsini formalaşdırmışdı: “Mənim həmsədr olduğum dövrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli üçün öz planını açıqlamışdı. Dərhal “Lavrov planı” adını qazanan bu təklif mövcud Madrid Prinsiplərinə xeyli oxşar idi. Amma bizə xəbərdarlıq edilmişdi ki, bunu sadəcə olaraq masa üstündəki plan adlandıraq”.

Riçard Hoqland bunun ardınca sensasiyalı bir açıqlama verir: “”Lavrov planı” adlanan plan təqdim olunanda, mən hörmətli həmkarım, rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı, birdən gücənib bu planı qəbul etsələr, Kreml onu doğrudan da həyata keçirəcəkmi?

Bilirsinizmi onun səmini cavabı nə oldu? “Əlbəttə ki yox!” Hər şeydən artıq bu mənə aydın etdi ki, Dağlıq Qarabağ təkcə Ermənistan və Azərbaycan arasında olan ikitərəfli problem deyil. Reallıqda bu, Rusiyanın əsas və yəqin ki, həlledici rol oynadığı üçtərəfli məsələdir”.

Keçmiş həmsədr yazır ki, Dağlıq Qarabağ keçmiş sovet məkanında bir neçə dondurulmuş münaqişələrdən biridir. Bu münaqişələrin özəl və qəliz xüsusiyyətləri olsa da, onların hamısının bir özəl birləşdirici faktoru var. Rusiya bütün bu münaqişələrdə oynamaq üçün ən yaxşı mövqe tutub.

Hoqlandın fikrincə buna baxmayaraq Moskvanın bu münaqişələrin həll olunmasını istəməməsinin də müxtəlif səbəbləri var, amma bunların ən əsası həmin ölkələrin şimaldakı “böyük ayı”nın mağarasından çıxmasına imkan verməməkdir.

Amerikalı diplomat yazır ki, o həmsədrlərin İrəvan və Bakıya səfərləri zamanı tərəflərin öz mövqelərindən bir addım da geriyə çəkilmək niyyətində olmadıqlarını görürdü: “Mən şəxsən belə bir qənaətə gəlmişdim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həll edə bilər. Hərçənd bu qənaətimi heç vaxt açıq bildirmədim”.

Hoqland yazır ki, 2020-ci il müharibəsi zamanı Minsk qrupu həmsədrlərinin paytaxtları bir neçə dəfə atəşkəsə çağırsalar da, bu atəşkəslər bir-neçə saat da davam etmədi:“Moskva indiki vəziyyəti yalnız o vaxt yaratdı ki, Azərbaycanın bütün ərazisini geri alacağı görünürdü”.

ABŞ diplomatı yazır ki, Moskva bu münaqişəni sonadək həll edə bilərdi, lakin o, faktiki olaraq müstəqil Azərbaycanın ərazisinə SSRİ dağılandan bəri ilk dəfə özünün sülhməramlı qoşununu yeritdi.

Diplomat qeyd edir ki, indi Cənubi Qafqazın hər üç ölkəsində müxtəlif ampulada Rusiyanın qoşunları var. Rusiya beləliklə özünün xüsusi nüfuz dairəsini qoruyub saxlaya bildi.

Hoqland ümid edir ki, ATƏT-in Minsk qrupu bəlkə də yeni yanaşma və düşüncə ilə öz rolunu saxlaya bilər. Onun fikrincə, hazırda keçmiş münaqişə zonasında infrastrukturun bərpasından, yeni yollardan, kommunikasiyaların açılmasından söhbət gedir.

Hoqland düşünür ki, Minsk qrupu bu işlər üçün Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, Avropa Yenidənqurma və İnkişaf Bankından vəsait alınmasında rol oynaya bilər.

Hoqland yazır ki, bunu etmək, xüsusilə də regionun çətin qonşuları İran və Türkiyə də bu cəhddə öz rollarını oynamaq istəsələr, çox çətin olacaq. Məqalədə deyilir ki, Minsk qrupu öz missiyasını yenidən müəyyənləşdirə bilməsə, çox təəssüf, beynəlxalq diplomatiyadan kənarda qalacaq.

azpolitika.info

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb?