Azərbaycanda generalların 90 faizi güllə atmağı bacarmır - SENSASİON AÇIQLAMA

05 aprel, 2021 13:49

Pandemiya və müharibə dövründə ara verilmiş səs-küylü həbslər ilin əvvəlindən yenidən start götürüb. Ötən il olduğu kimi, bu il də vəzifə səlahiyyətilərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalır.

Məlum olduğu kimi, son vaxtlar sabiq deputat Rafael Cəbrayılov, sabiq briqada komandiri Rövşən Əkbərov və digər məmurların həbsi gündəm mövzusuna çevrildi.

Azsiyasət.com xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu vaxtilə yüksək vəzifədə işləyərkən korrupsiya ilə məşğul olan məmurların hamısının həbs edilməli olduğunu bildirib:

“Məşhur bir fikir var: insanlar hakimiyyətə hansı yolla gəlirsə, o yolla da gedir. Rafael Cəbrayılov adlı deputat dediyimiz adam saxta yolla, rüşvət verməklə deputat olmuşdu. Deputatlıq etdiyi dövrdə də dövlətin, xalqın maraqlarına da ümumi bir mövqedə idi. Sadəcə olaraq özünü İlham Əliyevə, Heydər Əliyevə sədaqətli bir adam adam kimi təqdim edirdi. Hətta H.Əliyev kimi danışmağa, onun kimi geyinməyə, ibarəli sözlər işlətməyə, Azərbaycan demokratik hərəkatına, Əbülfəz Elçibəyə qarşı başından yekə-yekə danışmağa meyilli idi. 

Arxa planda isə cinayətkar əməllər törədir, fırıldaqçılıqla məşğul olurdu. Bunu hamı bilirdi. Nə zaman ki, iqtidar üçün onun əhəmiyyəti azaldı və cinayətləri kifayət qədər şişdi haqlı cəzasına da çatdı. Hətta iş o yerə gəlmişdi ki, o mandatını belə girov qoymuşdu. 

Əslinə qalanda isə o millət vəkili yox, saxta, cinayətkar bir adam olub. Eləcə də generalların özü. Açıb onların bioqrafiyasına baxın, adam  öldürmək, quldurluq etmək, başqasının əmlakına ələ keçirmək, vətənə xəyanət kimi hər cür ittiham var. Bu adamlar normal, sivil dövlətlərdə olduğu kimi öz bacarıqları, qabiliyyətləri, xidmətlərinə görə gəlib o vəzifələri tutmayıblar. 

Generalların 90 faizi heç güllə atmağı bacarmırlar, hərbi işdən başları çıxmır. Hamısı ticarətçi, iş adamıdır kiminsə qudası, qohumu, sürücüsü gəlib general olur. Azərbaycanda ümumiyyətlə, dövlət vəzifəsinə adamların təyin edilməsi olduqca qüsurludur və dünyada qəbul edilmiş dövlətçilik ənənələrinə ziddir. Elə bir məmur, general yoxdur ki, onun bioqrafiyasında xalqa, dövlətə xidmətlə bağlı nəsə olsun. Kimin ki, xidməti var onlar vəzifədə bir pillə belə irəli gedə bilmirlər, amma kimlər ki, heç bir iş görmür onlar çox böyük mükafatlar, adlar alırlar. Hamısı da saxta alim dərəcələri, saxta hərbi rütbələr və s.”

S.Cəlaloğlu Azərbaycanda kadr siyasətinin qüsurlu olduğunu qeyd edib: “Bütün bunlar onu göstərir ki, kadr siyasəti qüsurludur. Bir deputatı, generalı həbs eləmək dövləti də nüfuzdan salır. Gərək əvvəlcə oğruları, cinayətkarları bu qədər yuxarı qaldırmayaq ki, sonra da əməllərinə görə həbs olunmasınlar. Belə olduqda hökümətin öz nüfuzu aşağı düşür”.

Partiya sədri  hesab edir ki, hakimiyyət islahatlara getməli, dövlət başçısı öz yaxın ətrafında olan korrupsionerlərə qarşı mübarizə aparmalıdır:

“Nəinki sabiq məmurlar, hazırda vəzifədə olan, büdcəni dağıdanlar nəyə görə vəzifədə qalmalıdır?! Korrupsiyaya qarşı mübarizə yalnız o işdən çıxarılandan sonramı olmalıdır?! Bu mübarizə total şəkildə olmalıdır. Bir günlük vəzifəyə təyin edilmiş adam belə korrupsiya ilə məşğul olursa, dərhal işdən uzaqlaşdırılıb cəzasını almalıdır. Oğurladıqları da dövlət büdcəsinə qayıtmalıdır. Bu günə qədər yüzlərlə korrupsioner həbs olunub, lakin dövlət büdcəsinə bir manat belə vəsait gəlməyib. Həmin pullar bu korrupsionerin əlindən digərinə keçir. Mən hesab edirəm ki, bu mübarizə ümumi şəkildə aparılmalıdır. Hər şeydən vacibi isə bu mübarizəyə yaxın adamlardan başlamaq lazımdır ki, xalqı inandırsınlar. Prezident gərək birinci öz yaxın ətrafındakı, qohumları arasında olan korrupsionerləri həbs etdirməlidir ki, xalq ölkədə real korrupsiya mübarizəsinin getdiyini görsün”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"