Ermənistandakı "İsgəndər-E" kompleksləri "M" ilə əvəzlənibmiş - Moskva beynəlxalq öhdəlikləri pozub

05 aprel, 2021 18:35

Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində “İsgəndər-M” operativ-taktiki kompleksinin 2 raketinin qalıqlarının  tapılması son günlərin ən çox müzakirə edilən mövzularından biridir.  

Azsiyasət.com modern.az-a istinadən xatırladır ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) raketlərin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib. ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov aşkar etdikləri iki raket gövdəsi və bir raket mühərriki barədə məlumat verib. “Hələ ki iki raketin atıldığını deyə bilmirik, çünki bir mühərrik aşkar etmişik. Tapdığımız qalıqların üzərindəki kodlar isə onların "İsgəndər" raketi olduğunu təsdiq edir. Açıq internet resurslarında da yoxlamaqla bu kodun (9M723) həmin raketlərin M versiyası olması təsdiqlənir. Araşdırmaların nəticələri aidiyyatı üzrə təhvil verilib," - İdris İsmayılov deyib.

Azərbycan tərəfinin açıqlaması bomba effekti doğurdu və məsələyə Ermənistanın baş naziri Nikol Paşinyanın “İsgəndər” raketləri ilə bağlı məlum etirafına fərqli prizmadan yanaşmağa sövq etdi. “"İsgəndər” raketləri Qarabağda tətbiq olunmayıb və bu təsdiqlənib” – deyə Kreml Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dili ilə özünü müdafiə etsə də, açıqlama ciddi inandırıcı arqumentə malik deyil. Çünki hələ 2020-ci ilin noyabrında Ermənistan ordusunun keçmiş Baş Qərargah rəisi Movses Akopyan, ardınca isə eks-prezident Serj Sarkisyan “İsgəndər” raketinin döyüşlərin son günlərində Şuşa şəhəri istiqamətində tətbiq olunduğunu söyləyib.

ANAMA-nın raketlərin iri hissələrini tapması onların tətbiq olunandan sonra partlamaması ilə bağlı fikirləri gücləndirirdi. Bu isə Paşinyanın “İsgəndər" raketləri atıldı, amma partlamadı, yaxud 10% partladı” – sözlərində müəyyən doğruluq payının olmasından xəbər verir. Əgər raketin atılması xəbəri doğrudursa, onda “İsgəndər” raketinin hansı modifikasiyasından istifadə olunması və atışın hansı ərazidən həyata keçirilməsi ilə bağlı suallar ortaya çıxır.

Sirr deyil ki, “İsgəndər” raketləri 2016-cı ildə Rusiyadan Ermənistana verilib. Həmin ilin sentyabrında Yerevanda müstəqilliyin 25 illiyi münasibətilə keçirilən paradda “İsgəndər-E” raketləri nümayiş olunmuşdu. Hədəfi 280 kilometr məsafəyə qədər uzaqlıqda məhv edilən operativ-taktiki raketlər Yerevanın arsenalında ən təhlükəli silah sayılırdı. Rusiya həmin raketləri ilk olaraq məhz Ermənistana təqdim etmişdi. Lakin “İsgəndər-E” məhz xaricə satış üçün nəzərdə tutulan raketlər idisə, hədəfi 500 kilometr məsafədə məhv etməyə qadir “İsgəndər-M” raketlərinin xaricə satışı qadağan olunmuşdu.

“İsgəndər-M” raketlərinin Qarabağda tapılması Rusiyanın beynəlxalq öhdəlikləri pozması anlamına da gəlir. Belə ki, 1987-ci ildə ABŞ və Sovet İttifaqı arasında yaxın və orta mənzilli raketlərin ləğv olunmasına dair müqavilə imzalanıb. Həmin müqavilə raketlərin uçuş məsafəsini 500 kilometrdən çox keçməməsinə aid idi. Amma 2000-ci illərin sonlarından başlayaraq, Moskva “İsgəndər” raketlərini modernləşdirməyə başladı. Vaşinqton Moskvanı müqavilənin şərtlərini pozmaqda və “İsgəndər-M” kompleksi üçün hazırladığı 9M729 raketlərinə görə ittiham edirdi.
ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Andrea Tompson 9M279 raketərinin həmin müqavilənin şərtlərini pozduğunu və uçuş məsafəsinin 500 kilometrdən çox olduğunu demişdi.

Moskva ilk dəfə 2017-ci il sentyabrın 17-də Kapustin Yar poliqonunda həmin raketlərin sınağını həyata keçirib. Şuşada tapılan 9M723 raketləri məhz həmin raket sinfinə aiddir. Maraqlıdır ki, hələ 2017-ci ilin sentyabrında Ermənistanın hərbi xəbərlər üzərində ixtisaslaşan “Razm.info” saytı ölkədəki “İsgəndər-E” operativ-taktiki raket kompleksinin “İsgəndər-M” ilə dəyişə biləcəyindən yazırdı.
Xüsusən qeyd olunmalıdır ki, münaqişə tərəflərinə hədəfi vurma məsafəsi 300 kilometrdən çox olan raketlərin ixracı qadağandır. Bütün ölkələr bunu beynəlxalq öhdəlik kimi qəbul edib.

Beləliklə, Rusiyanın beynəlxalq razılaşmaları pozaraq, Ermənistana hədəfi vurma radiusu 500 kilometri ötən operativ-taktiki “İsgəndər” raketlərini satması faktı öz təsdiqini tapmış olur. Amma raketlərin tətbiqi uğursuzluqla nəticələndiyi üçün 44 günlük müharibənin gedişatına heç bir əsaslı təsir göstərə bilməyib.

İstənilən halda, Rusiyanın “İsgəndər-M” raketlərini Ermənistan satması faktı təsdiq olunarsa, Moskvanı və Yerevanı da beynəlxalq sanksiyalar gözləyir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"