Xankəndi aeroportunda Rusiya və Ermənistan bayraqları asılıb - Nə baş verir?

06 aprel, 2021 01:06

Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra da, təəssüf ki, Xankəndi hava limanında hələ də müstəqil Azərbaycan Respublikasının yox, sülhməramlı adı altında faktiki olaraq işğal siyasəti yürüdən Rusiya və Ermənistanın bayrağı, üstəlik, Qarabağdakı separatçı rejimin əski parçası dalğalanır.

Ermənistan nəşrlərindən birində işğal illərində Xankəndi hava limanının Rusiya, Almaniya, Çexiya şirkətləri tərəfindən təyyarələrin uçuş və enişini izləmək üçün müasir avadanlıqlarla təchiz olunmasından bəhs edən yazı dərc olunub. Yazı ilə paylaşılan fotoşəkildən bəlli olur ki, Xankəndi aeroportunun ən uca nöqtəsində Rusiyanın bayrağı, yerdə - binanın sol tərəfində isə qəsbkar Ermənistanın, “sülhməramlı” Rusiyanın bayraqları və separatçı rejimin əski parçası asılıb.

Azərbaycan Respublikası ərazisinə rəsmən sülhməramlı missiya ilə gəlmiş bir dövlətin Xankəndi aeroportu üzərində öz bayrağını ucaltması hansı hüquqa, məqsədə uyğundur?

“Bu, Rusiya-Ermənistan təxribatının davamıdır. Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi Bakıya gəlmədən gedir Xankəndiyə, modul tipli yerləşim yerlərinin açılışında iştirak edir. Halbuki 10 noyabr bəyanatına görə Rusiyalı hərbçilərin sayı 1960 olmalıdır, lakin bununla bağlı bizə əhəmiyyət vermirlər”.

Azsiyasət.com xəbər verir ki, bunu bizimyol.info-ya açıqlaması zamanı politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, artıq Rusiya orada hərbi baza yaradıb və bu birbaşa Azərbaycanın maraqlarına ziddir.

“Biz İsgəndər raketlərinin fotolarını göstəririk ki, bizə qarşı istifadə edilib. Lakin Rusiya inkar edir ki, belə bir şey olmayıb. Göz görə-görə yalan danışır. Xüsusən də bu məsələdə, Xankəndi hava limanında Rusiya bayraqların asılması ilə bizə mesaj göndərmək istəyirlər ki, biz bu hava limanından istifadə etmək istəyirik. Bu təxribatlar davam edir və təssüf ki, bu 5 il müddətində bizi hələ başqa təxribatlar da gözləyəcək. Açıq demək lazımdır ki, bu sülhməramlı missiya deyil”.

Politoloq onu da vurğulayıb ki, biz Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik ki, bu proseslərin qarşısını ala bilək.

“Azərbaycanın Xarici İşlər Nazirliyi dişli bəyanatlar verməlidir. Rusiya ilə münasibətlərdə hər şey güllük-gülüstanlıq kimi göstərilərsə, Rusiyanın Azərbaycana qarşı təxribatları davam edəcək”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"