Əhməd Əhmədzadəyə yeni vəzifə verildi

06 aprel, 2021 11:00

Bir neçə gün əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Əhməd Əhmədzadə ilə bağlı yeni qərar verilib.

Azsiyasət.com unikal.org-a istinadən xəbər verir ki, sabiq sədr Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.