"İsgəndər"in atılması Rusiyanın mesajı idi? - Brayzadan sensasion fikirlər

06 aprel, 2021 14:10

Azsiyasət.com ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şuranın (Atlantic Council) böyük elmi işçisi Metyu Brayzanın axar.az-a verdiyi müsahibəni təqdim edir: 

- Şuşaya İsgəndər-M raketlərinin atılması ilə bağlı faktlara münasibətinizi öyrənmək istərdik...

- “İsgəndər” raketi yüksək keyfiyyətli və böyük imkanlara malik raketdir. Ermənistanın müharibə dövründə Gəncə və Bərdədə mülki insanları hədəf aldığı “Skad” və “Toçka” raketlərindən fərqli olaraq, bu raket daha ağır, buna görə daha ölümcüldür, daha dəqiqdir və daha uzun məsafəyə uça bilir. Hərbi mütəxəssislər və analitiklər “İsgəndər” raketlərindən istifadəni yeni bir döyüş fazası kimi qəbul edirlər, yəni bu silahdan istifadə edən tərəf qarşı tərəfə bütün gücü ilə hücum etdiyini göstərir. Bu vəziyyətdə sözügedən raketlər əhalinin yaşayış mərkəzlərinə atıldı. Bu, müharibənin gedişatını dəyişdirmədi, ancaq təəssüf ki, azərbaycanlı mülki insanları terrora məruz qoydu.

Unutmayaq ki, 2008-ci ilin avqust ayında Rusiya Gürcüstana hücum zamanı “İsgəndər” raketlərindən istifadə etmişdi. Yəni bu raketlərin döyüşdə istifadə olunduğunu ilk dəfə eşitmirik. Artıq Ermənistanın Azərbaycana ən azı iki “İsgəndər” atdığı yəqinləşib və bu xəbər özlüyündə sürpriz olmadı, çünki “İsgəndər”ləri atan erməni əsgərlərinin video görüntülərini görmüşdüm.

Sürpriz olan budur: hərbi ekspertlər tərəfindən Rusiya və Ermənistanın Ermənistandakı “İsgəndər”lərə birgə nəzarəti davam etdirdikləri barədə məlumat təsdiqlənib. Onda belə çıxır ki, Ermənistan tərəfi bu raketdən istifadə edibsə, Rusiyanın icazəsi olub? Və bu, ümumiyyətlə niyə baş verib? Hər iki raket müharibənin sonlarına yaxın atıldı. Bəlkə bu, Rusiyanın Azərbaycana hərbi əməliyyatları Şuşadan kənara çıxarmaması üçün mesajı idi? Bilmirəm.

Erməni generalı Akopyan (Baş Qərargah rəisi Movses Akopyanın 19 noyabr açıqlaması nəzərdə tutulur – red.) iki “İsgəndər” atıldığı faktını təsdiqlədiyi zaman onların hara atıldığını demədi, lakin raket atdıqları yerin həmin tarixdə buludlu olduğunu açıqladı. Müharibənin son günlərində Bakı səmaları buludlu idi.

Bir başqa “İsgəndər”in Bakıya doğru uçduğunu və İsrail istehsalı olan “Barak” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu irəli sürən, adı açıqlanmayan başqa bir rəsmi, erməni məmur da var. Hətta bu barədə İngiltərə mediası da hərbi mənbələrə istinadla məlumat yaydı. Bunun da doğru olub-olmadığını bilmirəm. Dediyim odur ki, heyət yüksək səviyyədə hazırlanmasa, “İsgəndər”i hədəfə uğurla çatdırmaq o qədər də asan deyil. Raketlərin əslində Şuşanı hədəf alıb-almamasını araşdıran hərbi analitiklər tanıyıram ki, onların fikrincə, erməni tərəfi hədəf seçimi zamanı data səhvinə yol verib və beləcə raket Şuşaya düşüb. Və əlbəttə, əlavə etmək istərdim ki, həqiqətən də “İsgəndər”raketləri Bakını və ya başqa bir yaşayış məntəqəsini hədəf alıbsa, bu, müharibə cinayətidir.

- NATO, ATƏT kimi beynəlxalq təşkilatların bu məsələyə hələ də münasibət bildirməməsinin səbəbini nə ilə izah etmək olar?

- NATO-nun “İsgəndər” raketlərinə münasibət bildirməsi doğru olmaz, çünki nə Azərbaycan, nə də Ermənistan NATO üzvüdür və bu münaqişə NATO portfelinin bir hissəsi deyil. Zənnimcə, mülki əhalini hədəfə almaq məsələsinə ATƏT və Minsk Qrupu şərh verə bilərdi, lakin Ermənistanın ən azı iki “İsgəndər-M” raketindən istifadə etməsi artıq yeni bir xəbər deyil və adı çəkilən qurumlar bu məsələyə vaxtında münasibət bildirməli idi. ATƏT-in hələ də məsələni şərh etməməsi həm də ola bilər, rusların Ermənistana raketlərin buraxılması üçün icazə verilməsi məsələsində iştirak edib-etməməsi və əsl hədəflərin nə olduğu barədə dolğun məlumatının olmamasıdır.

- Əgər məlum olsa ki, Şuşaya İsgəndər-M raketini Ermənistan yox, məhz Rusiyanın Ermənistandakı bazasından atılıb, bu, Rusiyaya növbəti sanksiyalara səbəb ola bilərmi?

- Bu məqamda düşünmürəm ki, “İsgəndər” raketləri Gümrüdəki 102-ci Rusiya bazasından atılıb. Bu, ABŞ və Avropa Birliyinin əlavə sanksiyaları ilə nəticələnərdi. Bəli, Rusiya Ermənistanı onları işə salmağa təşviq edə bilər, ancaq heç bir insana ziyan vurmayacağından əmin olmaq şərtilə və Azərbaycana hərbi əməliyyatları dayandırmasının lazım olduğu mesajını ötürmək üçün. Bu, mənim fərziyyəmdir, bilmirəm, ehtimal ki, bu hipotetik suala cavab verməməli idim. Ancaq videokadrlardan “İsgəndər”lərin Gümrüdən deyil, başqa bir ərazidən atıldığını gördüm, mənə elə gəldi ki, onlar Qarabağ yaxınlığından atıldı...

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"