Minsk qrupu niyə ləğv edilmir? - Həmsədr ölkələrin pərdəarxası çarpışması...

06 aprel, 2021 17:19

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Nəticədə etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayaraq, işğal altındakı torpaqlarını azad etdi.

Bəs 30 ilə yaxın mövcudluğu dövründə və müharibə vaxtı heç bir fəaliyyəti səmərə verməyən bu qurum kimə, nəyə lazımdır? Minsk qrupu niyə ləğv edilmir?

Bu suallara aydınlıq gətirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev modern.az-a açıqlamasında bildirib ki, Minsk qrupunun fəaliyyətinin tamamilə dayandırılması, buraxılması ATƏT-də xüsusi konsensusla qəbul olunmalıdır.

F.Şəfiyevin fikrincə, bu çətin prosesdir:

“Həm Amerika, həm Fransa hələ də münaqişənin tam həll olunmadığını hesab edirlər. Onlar bundan sonrakı prosesdə özləri üçün müəyyən yer saxlamaq istəyirlər. Fransanın və ABŞ-ın ayrı-ayrılıqda öz maraqları var.

Rusiya isə həmişə istəyirdi ki, Minsk qrupu çərçivəsində öz təşəbbüsünü irəli çıxarsın, bunu bir növ monopoliyaya götürsün. Vətən Müharibəsinin yekunu olan “Noyabr bəyanatı”nda da Rusiya var, digər iki həmsədr yoxdur. Sülhməramlı prosesdə də Rusiya və Türkiyə iştirak edir. Ona görə, Rusiya bir tərəfdən kiminsə prosesə müdaxilə etməsini istəmir, digər tərəfdən isə çox güman ki, Azərbaycana təzyiq vasitəsi kimi Minsk qrupunu əlində saxlamaq niyyətindədir. Burada söhbət daha çox Fransadan gedir. Çünki Fransa həmişə Rusiyanın maraqlarına Avropada daha güclü yaxınlığı ilə seçilir. Minsk qrupunun buraxılması çətin məsələdir. Mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupu gələcəkdə iki xalq arasında etimad və danışıq prosesində daha çox rol oynaya bilər”.

Üstünlüyün Azərbaycan tərəfində olduğunu xatırladan BMTM sədri həmsədrlərin Dağlıq Qarabağa səfərinə belə icazə verilmədiyini diqqətə çatdırıb:

“Müəyyən vaxtdan sonra ola bilər, razılığa gəlinsin. Bununla bağlı daha çox ABŞ-ın yeni Administrasiyası ilə işləməliyik. Amerika Konqresində erməni diasporunun təsir faktoru göz qabağındadır. Bu da məsələyə öz təsirini göstərəcək. Amerika Rusiyanın Qarabağ məsələsində həlledici rolunu istəmir. Bəzi proseslər onu göstərir ki, digər aktorların iştirakı vacibdir. Ən əlverişlisi bizim üçün Türkiyənin Qarabağda aktiv rolunu görməkdir”.


F.Şəfiyev gələcəkdə Minsk qrupunun xalqlar arasında etimadın yüksəldilməsi işində necə iştirak edəcəyinə də aydınlıq gətirib:

“Minsk qrupunun fəaliyyəti münaqişənin tənzimləmə, danışıqlar prosesində nəticə verməsə belə, gələcəkdə hansısa layihələr həyata keçirə bilər. Avropa Birliyinin də Balkanlarda, digər bölgələrdə müəyyən layihələri var. Söhbət bu cür fəaliyyətdən gedir. Minsk qrupuna etimad edib-etməməyimiz məsələ deyil. Bu təsisat ATƏT çərçivəsində hansısa layihələri maliyyələşdirə bilər. Əvvəldən təcrübə də var idi. Jurnalistlər, mədəniyyət nümayəndələri, ictimai xadimlər Ermənistana, Azərbaycana gedib-gəlirdilər. Hər bir halda gələcəkdə Qafqazda Ermənistan da, Azərbaycan da mövcudluğunu davam etdirəcək. Ona görə, müəyyən formada təmasları bərpa etmək məcburiyyəti yaranacaq. Bu işdə Minsk qrupu hər hansı  missiya ilə iştirak edə bilər”. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"