Ermənilər 4 minə yaxın yeni məzar qazıblar - Erməni jurnalist Arşaluys Mqdesyan yazır...

07 aprel, 2021 12:30

O cümlədən Rusiyanın “Kommersant” nəşri üçün məqalələr yazan erməni jurnalist Arşaluys Mqdesyan erməni cəmiyyətinin hələ də məğlubiyyətlə və başına gələn acı fəlakətlə barışmaq istəmədiyini deyir. Və bildirir ki, ermənilər hələ də baş verənlərdən dərs çıxarmayıblar.

Onun sözlərinə görə, erməni lovğalığı və illüziyalara qapanması ona gətirib çıxardı ki, Yerevandakı “Yerablur” hərbi məzarlığında 4 minə yaxın təzə qəbir yarandı.

“Yadınızdadırsa ötən illərdə “Yerablur”da lovğalanıb deyirdik ki, “Bakıda çay içəcəyik”, miflər və reallıqlardan uzaq qaçmağımız bizə 4 minə yaxın insan həyatı hesabına başa gəldi. Bütün bunlara biz “Arsax-Ermənistandır və nöqtə”, “Erməni ordusu məğlubedilməzdir”, “Ağdam mənim vətənimdir” kimi şüarlarla gəlib çıxdıq. İndi arxas tarixi minimuma qədər azaldı, “Yerablur” isə tarixi maksimuma qədər böyüdü”,-o Civilnet.am saytına deyir.

Mqdesyan bildirir ki, “Yerablur” təkcə qələbə deyil, həm də məğlubiyyətdir. “Lakin biz həm bunu, həm onu dəfn etmişik. Biz qələbəni qiymətləndirmədik və indi məğlubiyyəti etiraf edib ondan dərs çıxarmaq istəmirik”,-erməni jurnalist bildirir.

O qeyd edir ki, Ermənistanda ordunun məğlubedilməzliyi haqda danışanda Azərbaycanda yeni müharibə metodlarını öyrənirdilər. “Biz deyirdik ki, ordumuz məğlubedilməzdir və mövzunu qapadırdıq. Biz həmin orduda xidmətə, zabitlərin hazırlığına və yeni texnologiyaların tətbiqinə barmaqarası baxırdıq. İT-sənayemiz haqda lovğalanırdıq, hansı ki, onun əslində online-qumar oyunlarından ibarət olduğu üzə çıxdı. “Axmaq” saydığımız azərbaycanlılar isə dronlarla döyüşməyi öyrənirdilər”,-Mqdesyan deyib.

Jurnalist əlavə edir ki, ermənilər hələ də miflərin əhatəsindədir və məğlubiyyəti görməmək naminə hər şeyə göz yumurlar. Mqdesyan deyir ki, “Erməni ordusu yox, hökuməti uduzub”, “Xalq uduzmayıb, hökumət uduzub” kimi bəyanatlar 2016-cı ilin aprel müharibəsindən sonra da səslənirdi. “İndi isə “Yerablur”da biz qələbəni də, məğlubiyyəti də dəfn etmişik. Dörd minə yaxın həyat sönüb, xəyallar puç olub. Torpaq ölülərlə dolub, biz isə yoxsullaşmışıq”,-jurnalist bildirir.

Virtualaz.org

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI