Şoyqu Arutyunyanla Qarabağı müzakirə etdi

07 aprel, 2021 14:56

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Azsiyasət.com xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu generalı Sergey Şoyqu erməni həmkarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyətin tənzimlənməsini, habelə qarşılıqlı maraqları əks etdirən başqa məsələləri müzakirə ediblər.