“Mən onun bütün çirkin işlərini, Las-Veqasın seks-klublarındakı iyrənc əyləncələrini bilirəm...” - Maykl Koen

16 avqust, 2020 12:44

ABŞ prezidenti Donald Tramp ölkəsində seçkilərin yaxınlaşdığı bir vaxtda daha bir keçmiş yaxın adamından sarsıdıcı zərbə alıb.

Azsiyasət.com saytı virtualaz.org-a istinadən xəbər verir ki, uzun illər ərzində Trampın şəxsi vəkili və ən yaxın adamı olmuş Maykl Koen özünün tezliklə çapdan çıxacaq memuarlarında onun barəsində ifşaedici məlumatlara yer verib.

Koen kitabın təqdimatını avqustun 13-də keçirib. “Disloyal” (“Satqın”) adlı kitab Trampın keçmiş şəxsi vəkilinin əhvalatlarından bəhs edir. Kitab prezident seçkilərinə ay yarım qalmış-sentyabrın ortalarında satışa çıxaracaq və gözlənilir ki, bomba efffekti yaradacaq.

Xatırladaq ki, Maykl Koen xüsusi prokuror Robert Müllerin Trampla Kreml arasında gizli əlaqələrə dair apardığı istintaqa cəlb olunub. İstintaq zamanı məlum olmuşdu ki, Koen Trampın görüşdüyü pornoaktrisanı “susdurmaq” üçün ona iri məbləğdə pul ödəyib. Bu, 2016-cı ilin yazında, prezident seçkiləri kampaniyasının qızğın vaxtında baş verib.

Tramp şəxsi vəkilini zəif müdafiə edib və Koen məcbur olub ki, istintaqla əməkdaşlığa getsin. Və o ifadəsində Trampın münasibətdə olduğu qadınlara pul verdiyini təsdiqləyib, amma bunu Trampın özünün xəbəri olmadan etdiyini deyib. Nəticədə Koeni 3 il həbsə məhkum ediblər, 2020-ci ilin mayında azadlığa buraxıblar. Çünki Amerika həbsxanalarında koronavirus tüğyan edirdi.

“Bu gün onun öz sirlərini etibar edəcəyi adamı yoxdur. Həmin adam 10 il ərzində mən idim. Bu vaxt ərzində mən həmişə onun yanında oldum, onun üçün hər şeyi elədim. Hətta onu güllə qabağından qaçırdım. Mən onun axşamlar ən son, səhərlər ən birinci zəng etdiyi adam idim. İndi isə baxın, mənim başıma nə gəldi”,-Koen deyib.

Keçmiş vəkili deyir ki, Trampın naminə cinayətlərə də gedib. “Mən onun bütün çirkli işlərinin üstünü örtən adam idim. Mafiya belə adamları “reşala” adlandırır, mən Trampın “reşalası” idim. Onun iş metodları mafiozlardan fərqlənmir. Trampın podratçılarına istənilən metodlarla təzyiq edən də mən idim, xoşlamadığı işgüzar partnyorlarından yaxa qurtaran da, məhəbbət intriqalarını ört-basdır etmək üçün arvadı Melaniyaya yalanlar danışan da”,-o deyib.

Keçmiş vəkili deyir ki, Tramp hakimiyyət hərisidir. Onun məqsədi Ağ evdə həmişəlik qalmaqdır. “Bir dəfə o belə zarafat elədi. Lakin mən bilirəm ki, Tramp heç vaxt zarafat eləmir. Tramp bilir ki, hakimiyyət onun üçün həbsxanadan qaçmağın yeganə yoludur. Prezident postunu tərk edən kimi onu istintaq gözləyir və törətdiyi cinayətlərə görə məhkəmə qarşısında dayanması qaçılmaz olacaq”,-Koen bildirib.

Keçmiş vəkil habelə Trampın bütün şəxsi sirlərini, o cümlədən iyrənc seksual əyləncələrini də bildiyini deyib.

“Mən onun şkafındakı bütün skeletlər haqda bilirəm, çünki onları mən özüm ora gizlətmişəm. Las-Veqasın seks-klublarındakı “qızıl yağışlar”, (sadomazoxist seksual əyləncə), vergilərdən yayınması, keçmiş sovet respublikalarından olann korrupsionerlərlə sövdələşmələri, gizli təhdidləri və məşuqələrini ələ alması haqda bilirəm. Nəinki bunların şahidi olmuşam, həm də fəal iştirakçısı olub bütün bunları böyük həvəslə icra etmişəm”,-Koen bildirib.

Qeyd edək ki, Trampın Moskvaya səfəri zamanı oteldə fahişələrlə əylənərkən “qızıl yağış” səhnəsi təşkil etməsi haqda Britaniyanın Mİ6 kəşfiyyatı xidmətinin keçmiş agenti Kristofer Stilin 2017-ci ilin yanvarında ictimailəşmiş məruzəsində də bəhs edilirdi. Bildirilirdi ki, həmin seks görüntüləri Kremlin əlindədir və Putin onun köməyi ilə Trampı şantaj edir, Rusiyaya işlədir.

Koen onu da deyir ki, Trampın Kremllə gizli əlaqələri həqiqətən mövcud olub. Çünki onun özü bu kanalların qurulmasına kömək etmişdi. Koenin dediyinə görə, Tramp həmişə Putini tərifləyirdi və onun milyarder-oliqarxlardan ibarət çevrə formalaşdırmasından fəxrlə bəhs edirdi.

Keçmiş vəkil Trampa inandığı üçün özünü axmaq adlandırıb. Deyib ki, bossu onu satdığını biləndə Müllerə ifadə verməli olub. Bundan sonra Tramp onu “siçovul” adlandırıb. “O, mənə və ailə üzvlərimə təhdidlərlə dolu tvitlər göndərdi. Smartfonuma yüzlərlə təhdid mesajı gəlib. Onları hətta adi poçtla, yazılı şəkildə göndərmişdilər. Yadınızdadırmı, bu yaxınlarda prezident bəyan etdi ki, bir nəfəri lap Beşinci xiyabanda güllələməyə hazırdır? O, məni nəzərdə tuturdu...”,-Koen deyib.a

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR