"Niyə Əli Əsədovun, Samir Şərifovun yerinə cavab verirsiniz?

08 aprel, 2021 18:58

Azərbaycanda "uşaqpulu"nun verilməsi ilə bağlı Ağ Partiyasının və REAL Partiyasının sədrləri arasında yaranmış siyasi polemikalar davam edir.

Azsiyasət.com qafqazinfo.az-a istinadla xəbər verir ki, polemikalar fonunda tərəflər bir- birini populizmdə, yaxud hakimiyyətə yarınmaqda ittiham edirlər. Növbəti belə müzakirə bu gün Musavat TV-nin efirində yenidən baş tutub.

Verilişdə qonaq olan Ağ Partiyasının sədri Tural Abbaslı REAL Partiyasının sədrini ittiham edib: "Deyirlər ki populist çıxışlardır, niyə siz bu gün Əli Əsədovun, Samir Şərifovun yerinə cavab verirsiz? Siz özünüzü müxalifət adlandırmırsınızmı? Niyə deyirsiniz ki, "uşaqpulu" verməyin? Birinciyə verək, üçüncüyə verək və s.

Sən kimsən, get, otur statuslarını yaz, sonra da üzr istə. Uşaqpulu verilməlidir və onun kifayət qədər mənbələri var. Hesablayır ki 1 milyon uşağa ayda 100 manat verəndə ildə 1 milyard pul edir. Adam vurmanı bilmir ki, bir ildə 12 ay var. Dünənə qədər laykları ilə fəxr edirdilər, indi isə populizm fikrini ortalığa atıblar", - deyə partiya sədri vurğulayıb.

Efirə qoşulan REAL Partiyasının icraçı katibi Natiq Cəfərli səsləndirilən fikirlərə münasibət bildirib. O qeyd edib ki, Tural Abbaslı çılğın və həddindən artıq emosionaldır: "İmkan vermir ki, danışaq. Bizim hakimiyyətə yarınmaq kimi fikrimiz olsaydı, başqa mövqe tutardıq. Biz hakimiyyətdən tələb edirik ki, təkliflərimizə cavab versin. Ortalığa bu günə kimi boşboğazlıqdan başqa bir şey qoyulmayıb.

Biz sxem verdik ki, doğulan uşaqlara 100 manat pul müavinət verilsin. Gələn ilin büdcəsində bu qaydalarla bağlı sxem olsun. Təqribi hesablamalara görə 1 milyarda yaxın vəsaitin gələn ildən "uşaqpulu"yla bağlı ayrılmasını tələb edirik. Bu hökumətə yarınmaq nə deməkdir axı? Biz də Tural bəy kimi populistcəsinə çıxış etsəydik deyərdik ki hər bir uşağa 300 manat verilsin Hamıya maşın, ikiotaqlı mənzil paylanılsın.

Əslində, belə populist çıxışlar hökumətə yarınmaqdır. Onların əlinə girəvə düşür ki bu cür çıxışlara reaksiya verməsin ki qeyri- ciddidir. Ancaq bizim təklifimiz ciddi, əsaslandırılmış və rəqəmlərə söykənən təklifdir. Parlamentdə də bu məsələni rəsmi şəkildə qaldıracağıq və hökumətdən tələb edəcəyik ki, bunlarla bağlı öz fikrini bildirsin.

Tural bəylə də istənilən vaxt bu məsələni rəqəmlərlə, qışqırmadan bağırmadan müzakirə etməyə həmişə hazıram. Mən onun əsaslandırmalarını rəqəmlərini görməmişəm. "Uşaqpulu"nun heç kim verilməsinin əleyhinə deyil. Kim olsaydı, bu absurd yanaşma olardı. Biz sadəcə məsələnin daha peşəkarcasına həllini çalışırıq ki, məcburən hökumət də buna cavab versin. Filan təşkilatla debat aparmırıq deyib küskün balaca uşaqlar kimi özlərini aparmasınlar".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"