Keçmiş nazirdən "hücum diplomatiyası" təklifi: Təzminat üçün əsaslar...

14 aprel, 2021 16:43

Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan erməni vandallığını nümayiş etdirmək üçün bölgəyə tez tez səfər təşkil edir. Dəfələrlə xarici diplomatlar, dünyanın nüfuzlu KİV təmsilçiləri işğaldan azad edilmiş ərazilərdə olub. Onlar gördükləri barədə xarici mediada yazılarla da çıxış ediblər.

Maraqlıdır, bu vandalizm nümunəsini görən müasir dünyanın, beynəlxalq təşkilatların reaksiyasını qənaətbəxş hesab etmək olarmı?

Azsiyasət.com xəbər verir ki, məsələni yenisabah.az-a şərh edən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, ermənilərin Azərbaycan torpaqlarındakı mədəniyyət nümunələrini məhv, infrastrukturu darmadağın etməsi ilə bağlı fərqli mövqelər var:

“ADA-da keçirilən konfrans onu göstərdi ki, bəziləri reallığı dərk edir. Lakin təbii ki, həqiqəti görməyən və görmək istəməyənlər də az deyil. Hazırda beynəlxalq, o cümlədən humanitar təşkilatlar müxtəlif layihələr irəli sürürlər, Azərbaycandan bu və digər bölgələrdə fəaliyyət göstərmək üçün icazə istəyirlər. Hesab edirəm ki, burada Azərbaycan tərəfi artıq sistemli bir baxış nümayiş etdirməlidir. Hamı başa düşür ki, müharibədən sonra reabilitasiya mərhələsi gəlir. Bu baxımdan müsbət və ya mənfi mövqedən asılı olmayaraq beynəlxalq ictimaiyyətin post-konfliktik fəaliyyəti olmalıdır. Yəni geri qayıdan insanlara kömək, hansısa infrastruktur layihələrdə beynəlxalq qurumların iştirakı kimi məsələləri nəzərdə tuturam”.

Həmsöhbətimiz hesab edir ki, işğaldan azad edilmiş ərazilərimizlə bağlı beynəlxalq təcrübədə yer alan donor konfransı təşkil edilməlidir:

“Məsələn, bu proses BMT tərəfindən həyata keçirilə bilər. Amma konfransın Bakıda baş tutması vacibdir. Orada müxtəlif beynəlxalq təşkilatların irəli sürdüyü layihələr, təşəbbüslər sistemli şəkildə müzakirə edilməli, ümumi regiona dair qiymətləndirmə aparılmalı və onlar proporsional şəkildə göstərilməlidir. Yəni beynəlxalq təcrübədə donor konfransın təşkil olunma qaydası budur. Azərbaycan pərakəndə fəaliyyətə son qoymaq üçün bununla bağlı çağırış edə bilər. Biz həmin vaxt kimin dərdimizə şərik olduğunu, kimin isə sadəcə şəxsi maraqlardan çıxış etdiyini görəcəyik. Nəticədə mürəkkəb görünən məsələlərə aydınlaşacaq”.

Politoloqun sözlərinə görə, təşkil olunacaq konfrans həm də bir növ təbliğat imkanı yaranacaq:

“Ermənistan tərəfi buna qarşı çıxır, çünki onlar anlayır ki, beynəlxalq təşkilatlar tərəfindən vəziyyətin qiymətləndirilməsi Azərbaycan üçün gələcəkdə təzminat məsələsini irəli sürəcəyi bir platforma yaradır. Hesab edirəm ki, Bakıda baş tutacaq donor konfransı çox əhəmiyyətli və fəal bir tədbir olar. Yəni hücum diplomatiyasını irəli aparar”.

Diplomat Minsk Qrupunun bəyanatına da münasibət bildirib:

“Minsk qrupu sanki nə etməli olduğunu müəyyənləşdirmək üçün axtarış içərisindədir. Çünki vəziyyət tamamilə dəyişib. Onların 1992-ci ildə qəbul olunan mandatı artıq aktual deyil. Bir neçə gün əvvəl amerikalı diplomat, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Riçard Hoqlandın bir məqaləsi yayıldı. O da vurğulayır ki, artıq Minsk Qrupu öz fəaliyyətində hansısa düzəlişlər etməlidir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə diqqət ayırmalıdır. Diplomat donor konfransı barədə də fikir söyləyib və bu fikir müxtəlif dairələrdə mövcuddur, Azərbaycan onları dəstəkləyir. Donor konfransı onların, bəlkə də BMT-nin köməkliyi ilə həyata keçirilə bilər”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI