"Qulaq as, sən onlara çatdır ki, Ermənistanı da dirçəltməyə hazıram" - Lukaşenko Əliyevin təklifini açıqladı

15 aprel, 2021 11:34

Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı maraqlı epizod danışıb. Bildirib ki, vaxtilə İlham Əliyev Qarabağ məsələsinin dinc yolla həll edilməsi üçün onun vasitəsilə Ermənistana pul təklif etmişdi.

“Mən əlbətdə, prezident olmayanda İlham Heydər oğlunun erməni xalqına və Ermənistan rəhbərliyinə bu münaqişəni nizamlamaq üçün nə təklif etdiyi haqda bir çox yaxşı şeylər danışacam. Onun mənə dediyi təkliflərdən biri belə idi: “Qulaq as, sən ermənilərə çatdır, sənin onlarla yaxşı münasibətlərin var, mən təkcə Qarabağın bərpasına hazır deyiləm, Ermənistanı da dirçəltməyə hazıram (o vaxt neft yüz dollara olanda sən mənə bunu dedin)...Mən hətta bax indi ödəməyə hazır olduğum məbləği demirəm. Onlara çatdır ki, bu məsələni dinc yolla nizamlamaq lazımdır”,- Lukaşenko deyib.

Əlavə edib ki, ilk dəfə bu məsələni açıqlayır. “Lakin mən bunu indi ilk dəfə açıqlayıram. Fikrimcə sən mənim bu cür danışmağıma qarşı deyilsən?”,-Lukaşenko onunla yanaşı oturan Azərbaycan prezidentinə müraciət edib.

“Aleksandr Qriqoryeviç, nə istəyirsən danış...(gülür). Artıq sən hər şeyi dedin”,-Azərbaycan prezidenti cavab verib.

Lukaşenko əlavə edib ki, erməni tərəfi Azərbaycanın təklifindən imtina edib. “Bax belə oldu...Erməni rəhbərliyi bundan imtina etdi. Paşinyana qədər olanlar. Bax belə təkliflər də olmuşdu”,-Belarus prezidenti sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, ötən il Ermənistanda Lukaşenko ilə keçmiş prezident Serj Sərkisyan arasında 2016-cı ilin oktyabrında KTMT sammiti zamanı baş tutmuş söhbətin səs yazısı yayılmışdı. Həmin söhbətdə Lukaşenko bildirdi ki, Əliyev ətraf rayonların azad edilməsinə görə Ermənistana 5 milyard dollar investisiya təklif edir.

irtualaz.org

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"