"Qarabağ müharibəsi göstərdi ki, "Bayraktar"lar bizim qırıcılardan daha effektivdir..." - Rusiya aviasiya generalı

17 aprel, 2021 00:13

Rusiyada “Kronştadt” adlı şirkət ölkədə zərbə pilotsuz təyyarələrinin istehsalı üzrə ixtisaslaşmış ilk zavodun tikintisinə başlayıb. Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, zavod Moskva ətrafındakı Dubna şəhərində yerləşəcək, 4 milyard rubla başa gələcək və orada təxminən 1500 nəfər işləyəcək.

Bu şirkət “Orion” adlı zərbə pilotsuz təyyarələrini istehsal edir. Həmin pilotsuz təyyarələr bu yaxınlarda Suriyada ilk dəfə döyüş şəraitində sınaqdan keçirilib və Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin analoqu hesab edilir.

Rusiya Hava Kosmik Qüvvələrinin MDB dövlətləri hava hücumundan birləşmiş müdafiə sistemi üzrə komandan müavini olmuş (2007-ci ilə qədər) general-leytenant Ayteç Bijev qeyd edib ki, zavodun tikintisini qoşunları pilotsuz təyyarələrlə təchiz etmək planlarına daxildir. Onun sözlərinə görə, “Orion” pilotsuz təyyarələri yüksək dəqiqlikli raketlərlə təchiz olunur, həm ərazinin kəşfiyyatı və müşahidəsi, həm müstəqil zərbə vahidi kimi tətbiq edilir.

General bu tip pilotsuz təyyarələrin Azərbaycanla Ermənistan arasındakı müharibə zamanı öz effektivliyini sübut etdiyini deyib. 

“Bəzi hallarda onlar Su-25 qırıcı-bombardmançılarından effektli işləyir. Burada uduş ondadır ki, onların (PUA-ların) dəyəri xeyli aşağıdır, effektivliyi isə bir sıra hallarda pilotlu aviasiyadan daha yüksəkdir. Ona görə də böyük perspektivləri var”,-Ayteç Bijev bildirib.

General hesab edir ki, “Orion”lar “Bayraktar”larrdan geri qalmır.

“Ölçüsü elə də böyük olmayan zərbə pilotsuz təyyarələrinin tətbiqi müharibənin gedişini ciddi dəyişdirə bilir. Azərbaycanla Ermənistan arasında münaqişə göstərdi ki, bu təhlükəli silahdır. Rəqibin hava hücumundan müdafiə sisteminin təsir zonasına daxil olarkən onlar aviasiyadan daha effektli işləyir”,- rusiyalı general deyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"