"Ağlıma gəlməzdi ki, bu zal məğlubiyyətə əl çalacaq" - Erməni deputat

17 aprel, 2021 09:55

Aprelin 16-da hakim parlament fraksiyasının deputatları müxalif “Maariflənmiş Ermənistan” partiyasından millət vəkili Karen Simonyanın çıxışını gülüşlə qarşılayıblar.

Deputat parlamentin dünənki sessiyasında hakim fraksiya nümayəndələrinin baş nazirin çıxışını alqışlamalarını kəskin tənqid edib.

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 15-də keçirilən sessiyada hökumətin 2020-ci il üçün proqramının yerinə yetirilməsinə dair geniş hesabatla çıxış edib. İqtidaryönlü deputatlar bu çıxışı bir neçə dəfə sürəkli alqışlayıblar. Dünən keçirilən sessiyada müxalifət deputatları hakim partiyadan olan yoldaşlarının bu davranışını sərt tənqid ediblər. Nəticədə deputatlar arasında söz atışmaları baş verib.

Karen Simonyan çıxşında deyib:

“Bəli mən bu gün Ermənistan Respublikasının gələcəyindən danışmaq istəyirəm. Amma mən sizdən fərqli olaraq, məsələn, üç il bundan əvvəl Ermənistan Respublikasının gələcəyini tamam başqa cür təsəvvür edirdim. Üç il bundan əvvəl mənim heç ağlıma da gəlməzdi ki, bu zal sizin törətdiyiniz məğlubiyyətə, alçaldılmaya, özünüməhvə bu cür əl çalacaq. Siz həmin gələcəkdə yoxsunuz. Ermənistan Respublikasının qarşısında bugün iki gələcək var: biri sizinlə, qısa və heç yerə gətirib çıxarmayacaq gələcək, digəri sizsiz - işıqlı və bəli, əsl gələcək”.

Lakin iqtidaryönlü deputat Gevork Papoyan bu ittihamı qəbul etməyib və deyib ki, bu çıxışı bir dəfə də alqışlayardı:

“Bəli mən əl çalmışam və söhbət ölkəmizin işıqlı gələcəyindən gedən bütün hallarda əl çalacağam. Bu çıxışda deyilirdi ki, ölkəmizin və xalqımızın belini dikəldib irəliyə doğru hərəkət edək”.

“Maariflənmiş Ermənistan” partiyasının deputatı Taron Simonyan diqqəti baş nazirin çıxışındakı bir məqama çəkib.

Paşinyan demişdi ki, bircə dövlət təsisatı da ona müharibə ehtimalı olduğunu deməyib və beləcə sayıqlıq itirilib.

Simonyan deyib ki, o, öz dostlarından aldığı informasiyaların təhlilindən belə bir nəticəyə gəldiyi halda, dövlət aparatı niyə bunu edə bilməməliydi:

“Bəs sutkada 24 saat işləyən və işlərinə sadiq diplomatik korpusunu çıxmaq şərtilə dövlət aparatı nə ilə məşğul olub? Bəs qalanları nə işlə məşğul olublar?”

Hakim “Mənim addımım” fraksiyasını tərk etmiş deputat Taqui Tovmasyan deyib ki, o hətta müharibədən beş ay sonra da dövlətin “belinin dikəldilməsi” üçün hərəkət görmür.

O silahlı qüvvələrin vəziyyətini misal çəkib:

“Bizim nə təchizatlı səngərlərimiz, nə də təchizatlı ön cəbhəmiz var”.

Müstəqil deputat Arman Babacanyan Paşinyanın çıxışından bəzi epizodları yada salıb.

Baş nazir demişdi ki, əvvəlki hakimiyyət danışıqlar aparırdı və belə demək mümkündürsə, ağrılı kompromislərə hazır idi.

Deputat deyib:

“Uzun illər bizə belə gəlib ki, biz ağrılı kompromislərə, bu əraziləri 7, 5+2, 3+4, 6+1 formulu üzrə qaytarmağa hazırıq. Amma düşünmüşük ki, dünya gücləri razılığa gəlməyəcəklər və biz növbəti dəfə bundan yan keçə biləcəyik”.

Babacanyan habelə Ermənistanın strateji müttəfiqi Rusiyanın bu müharibədəki rolundan danışıb:

“Necə oldu ki, Azərbaycan və Türkiyə Artsaxa (Dağlıq Qarabağ – red) hücum etmək imkanı qazandılar. Rusiya niyə bu müharibənin qarşısını ala bilmədi?”

Millət vəkili ötən il hökumətin daha bir “böyük uğursuzluğundan”, hüquq siyasətinin iflasından söz açıb.

O deyib ki, hazırkı Konstitusiya Məhkəməsi buna misal ola bilər.

Azadliq.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"