“Təsəvvür edin ki, Qarabağ münaqişəsi yoxdur, o zaman Rusiyanın regionda rolu nədən ibarət olardı?...”

18 avqust, 2020 11:29

Rusiyalı  politoloq, ərəbşünas, "Sivilizasiyalar dialoqu" institutunun elmi araşdırmalar rəhbəri Aleksey Malaşenko hesab edir ki, Qarabağ münaqişəsi heç vaxt həllini tapmayacaq, əbədi münaqişə kimi qalacaq. Çünki bu münaqişə həll edilsəydi o zaman Rusiyanın Ermənistana və Azərbaycana heç bir təsir imkanı qalmazdı, regionda rolu zəifləyərdi.

Azsiyasət.com saytı virtualaz.org-a istinadən xəbər verir ki, Malaşenko bu haqda “Exo Moskva” radiosunun “Xüsusi mövqe” proqramında Azərbaycan-Ermənistan sərhədində iyul ayında baş vermiş toqquşmaları şərh edərkən danışıb.

Aparıcı İrina Vorobyova soruşub:

- Biz hamımız Azərbaycanla Ermənistan arasında növbəti kəskinləşməni müşahidə etdik. Və indi artıq, səhv etmirəmsə, hər şey sakitləşib. Lakin siz müsahibələrinizdən birində demisiniz ki, bu münaqişə əbədi davam edəcək. Nəyə görə belədir?

A.Malaşenko:

- Mən öz sözlərimdən imtina etmirəm. Bu, əbədi münaqişədir.

İ.Vorobyova:

- Axı nəyə görə?

A.Malaşenko:

-Çünki bu münaqişədən heç yana qaçmaq mümkün deyil. Ona görə ki, hansı həll yolları ola bilər. Üç həll. Qarabağ-müstəqil dövlətdir. Heç kim bununla razılaşmayacaq. Qarabağ-Ermənistanın tərkib hissəsidir, Ermənistan özü də buna razılaşmayacaq. Qarabağ-Azərbaycanın tərkib hissəsidir, Ermənistan yenə razılaşmayacaq. Sizin hansısa başqa variantlarınız var? Yoxdur.

 Malaşenko hesab edir ki, Qarabağ Ermənistan üçün qulpsuz çemodan kimidir. Hansı ki, daşımaq çox narahatdır. Üstəlik Qarabağ siyasi istebleşmenti Ermənistana böyük təsirlərə malikdir.

“Və biz bunu çox yaxşı izlədiik ki, Qarabağdan çıxanlar ümumən erməni siyasətində necə dominatlıq edirlər. Bu isə heç kimə lazım deyil. Və sonra, bağışlayın məni, bu dünyanın qalan hissəsində necə qəbul ediləcək? İlhaq? Bu işə yaramır. Ona görə də münaqişə həmişə olacaq və hesab edirəm ki, nəsillər buna vərdiş edəcək”,-jurnalist deyib.

 Aparıcı regional oyunçuların, o cümlədən Türkiyə və Rusiyanın münaqişədəki rolu haqda soruşub. Malaşenko qeyd edib ki, Türkiyə Azərbaycanı dəstəkləyəcək. Bu, birgə manevrlər və s. formada baş verəcək.

 “Bəs sonra nə olsun? Qarabağı geri alacaqlar? Rusiya isə-təsəvvür edin ki, bu münaqişə yoxdur. Sadəcə olaraq yoxdur. O baş verməyib. Və o zaman Rusiyanın orada rolu nədən ibarət olacaq? İndi isə Rusiya əbədi vasitəçidir. Uşaqlar, lazım deyil, dinc dayanın, lazım deyil. Və gəlin biz bu silahları sizə verək. Bu bizim iştirakımızdır. Harada münaqişə var-biz oradayıq. Və ümumiyyətlə, biz orada nələrisə yoluna qoyuruq. Və biz də gözəl başa düşürük, hamı da bunu başa düşür ki, Rusiya orada barışdırmır. Biz münaqişəni necəsə olsa yoluna qoya, dayandıra bilmərik. Ona görə də kədərlidir ki, insanlar həlak olur və həlak olacaq. Və qarşılıqlı nifrət hökm sürəcək”,-A.Malaşenko deyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"