Türkiyəli səfirdən Sarkisyanın təxribatına cavab - FOTOLAR

19 aprel, 2021 01:17

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidenti Armen Sarkisyanın Tbilisi səfəri zamanı təxribatına cavab verib.

Azsiyasət.com xəbər verir ki, Yazqan Tvitter hesabında Ağrı dağı haqqında məlumatı paylaşaraq gürcü və erməni dilində “Ağrı Türkiyədə ən hündür dağdır. Sadəcə əmin edirəm ki, faktlar karikaturistik diplomatiyada itmir” yazıb.

Qeyd edək ki, A.Sarkisyan Gürcüstanın prezident sarayının fəxri qonaqlar kitabında qeydləri ilə yanaşı Ağrı dağının konturlarını çəkib.

Gürcüstan prezidenti Salome Zurabişvili həmin səhifənin fotosunu “Facebook” hesabında paylaşdıqdan sonra Ermənistan prezidentinin təxribata əl atdığı məlum olub.