Rusiyanın Ukraynaya hücum xəritəsi yayıldı - FOTOLAR

19 aprel, 2021 14:14

Donbassda irimiqyaslı döyüş əməliyyatları başlayarsa Rusiya ordusunun Ukraynaya necə hücum edəcəyini əks etdirən hərbi xəritə yayılıb.

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, bu xəritəni “Military Maps” dərc edib. Xəritəyə əsasən Rusiya ordusunun Belarus istiqamətindən də Ukrayna ərazisinə hücum edəcəyi görünür. Bu xəritənin Rusiyanın real hərbi planlarına nə dərəcədə aidiyyatı olduğu bəlli deyil, amma indiki halda burası dəqiqdir ki, Rusiya Ukrayna sərhədlərində böyük miqdarda qüvvə-90 mindən 110 minə qədər canlı qüvvə, minlərlə döyüş texnikası cəmləşdirib.

Kanadanın “The Globe and Mail” qəzetində dərc edilmiş məqaləsində Harvard universitetinin Devis Mərkəzinin elmi əməkdaşı, beynəlxalq məsələlər üzrə professor Aurel Braun bu mövzuya toxunaraq bildirir ki, artıq üçüncü onillikdir hakimiyyətdə olan Vladimir Putin öz rəqiblərini onun addımlarının nədən ibarət olacağı barədə baş sındırmağa məcbur etməyi sevir.  “Bu gün isə Ukrayna sərhədlərində 90 minə yaxın Rusiya qoşunlarının cəmləşdirildiyi bir vaxtda Moskvanın bu ölkəni Dnestryanı, Gürcüstan, Krım və Suriyanın daxil olduğu beynəlxalq qələbələrinin artmaqda olan siyahısına daxil etmək istəyi yarana bilər”,-müəllif bildirir.

Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinin məqsədi nədir: blef, şantaj, sınaq, yeni məhdud ərazilərin ələ keçirilməsi və ya total müharibə siqnalı? Moskvanın hərəkətlərinin arxasında nə dayanır?

Müəllif qeyd edir ki, Rusiyanın Ukrayna sərhədlərində qoşun cəmləşdirməsi ABŞ-ın yeni prezidenti, Moskva ilə böyük qarşılıqlı əlaqələr təcrübəsinə malik olan Cozef Bayden üçün sınaqdır. “Moskva açıq-aşkar ümid edir ki, Bayden keçmiş prezident Barak Obama üçün xas olan “çiyin arxasından rəhbərlik” kursunu yürüdür, yəni sərt ritorika buna müvafiq addımlarla müşaiyət olunmur. Rusiya Qərbi Ukraynada da güzəştə məcbur etmək üçün hidrid əməliyyatlardan istifadə edir. Prezident Bayden Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə “sarsılmaz dəstək” ifadə edib, amma biz hələ bilmirik ki, bu bəyanat onun tərəfindən əhəmiyyətli siyasi təşəbbüslərlə müşaiyət olunacaqmı”,-professor yazır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"