"Azərbaycan və Türkiyənin vahid orduya keçməsinin tərəfdarıyam" - Sərdar Cəlaloğlu

18 avqust, 2020 14:55

ADP sədri ehtimal edir ki, Azərbaycan Pakistanla da birgə təlimlər keçirmək məqsədilə hərbi müqavilələr bağlayacaq: “Nüvə silahına malik Rusiyanın bizə qarşı təhdidinin qarşısında Pakistan nüvə dövləti kimi tarazlıq yaratmalıdır”

11 minlik türk ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə keçirdiyi hərbi təlimlər artıq başa çatıb. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu reyting.az-a müsahibəsində deyib ki, təlimlər faktiki olaraq şərti düşmənə qarşı əməliyyatların məşqi idi:

- İlk olaraq bu təlimlə Ermənistanın Azərbaycana ehtimal olunan hücumunun qarşısını almaq üçün, habelə Qarabağı azad edəcəyimiz halda ordumuzun döyüş məşqi aparıldı.

İkincisi, Türkiyə ordusu həm də NATO qoşunudur. Azərbaycan ordusunun türk ordusu ilə birgə təlimləri həm də o deməkdir ki, ordumuz NATO standartlarına yaxındır.

Bu yaxınlarda tankçılar arasında yarış keçirilib və Azərbaycan tankçıları Çin və Rusiya tankçılarını geridə qoyaraq birinci yerə çıxıb. Yəni, faktiki olaraq Azərbaycanda ordunun döyüş qabiliyyəti yüksək səviyyədə inkişaf edir. Sözsüz ki, bu məsələdə belə təlimlərin də vacib rolu olur. Ən vacibi odur ki, bu təlimlər Azərbaycan və türk ordusunun vahid orduya çevrilməsi istiqamətində atılan addımdır. Şəxsən mən, iki ölkə arasında vahid orduya keçməyin tərəfdarıyam. Sözsüz ki, bu ordu istənilən zaman Qarabağı azad etmək üçün əməliyyata başlaya bilər. Görünür, hələlik hakimiyyət belə müharibəni istəmir. Ola bilsin ki, danışıqların sona qədər davam etdirilməsi xətti əsas götürülür. Amma hesab edirəm ki, bu, danışıqlar vasitəsilə mümkün deyil. Bütün hallarda istəyirik ki, Qarabağın azad edilməsində Türkiyə də yaxından iştirak etsin.

- İstənilən hakimiyyət istəyər ki, Dağlıq Qarabağı və ətraf rayonları işğaldan azad etsin. Çünki bu halda həmin hökumət adını Azərbaycan tarixinə qızıl hərflərlə yazacaq. Bu mənada əgər imkan və beynəlxalq şərtlər mövcudursa Azərbaycan iqtidarı niyə əraziləri işğaldan təmizləmək istəməsin?

- Söhbət torpaqları azad etmək arzu və istəyindən getmir. Bunun üçün həm də siyasi iradə, maksimum müstəqillik olmalıdır. Görünür, Rusiya faktorunu nəzərə alırlar. Bu səbəbdən də vahid mövqe yoxdur.

- Yeri gəlmişkən, Azərbaycanın hərbi gəmiləri Aralıq dənizində türk donanması ilə birlikdə təlimlərə qatılıb. Bu, maksimum müstəqilliyin təzahüri deyilmi?

- Dəniz donanmalarının birgə təlimi maraqlıdır. Bildiyiniz kimi, Ermənistanın dənizi və donanması yoxdur. Bu mənada dəniz təlimləri ilə ölkəmizin donanması müəyyən təcrübə qazanır və Xəzər dənizində Azərbaycana qarşı təhdid yarandığı zaman bunun əhəmiyyəti ola bilər.

- Amma Aralıq dənizində Türkiyənin problemləri var...

- Bəli, Türkiyənin Aralıq dənizində problemləri mövcuddur. Amma biz təlimlərdən söz açır, onun əhəmiyyətindən danışırıq. Hesab edirəm ki, bizim donanmamızın belə təlimlərdə iştirakı Xəzər dənizində olan təhdidlərin aradan qaldırılmasının məşqidir. Sözsüz ki, bu təlimlər həm də Türkiyənin Aralıq dənizindəki düşmənlərinə mesajdır. Yəni ikitərəfli məsələdir. Hər halda baş verənlər göstərir ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq davam edir. Bu, olduqca vacib məsələdir. Bu da istənilən zaman iki ölkənin qoşunlarının Qarabağda əməliyyat keçirməsi üçün zəmin yaradır.

- Rusiya və İranın bu təlimlərə reaksiyası nədən ibarətdir?

- Açığı, bu ölkələr Azərbaycanın güclənməsində maraqlı deyillər. Rusiya açıq şəkildə bundan narahatdır. Çünki Rusiya Qarabağı bizdən qopararaq Ermənistana verib və bununla hərbi üstünlüyünü təmin edib. İndi Azərbaycanın güclənməsi Rusiyanın bu baxışlarına ziddir.

İran isə regionda güclü Azərbaycan, ələlxüsus da Türkiyə ilə ittifaqda olan Azərbaycan istəmir. Çünki İranın da strateji maraqları var və bu maraqlar Türkiyə-Azərbaycan yaxınlaşmasını məqbul saymır. Bu mənada hər iki ölkə narahatdır. İmkanları olsa bunun baş verməsinin qarşısını almağa çalışardılar, amma bunu etmək imkanları yoxdur.

Bu arada qeyd edilir ki, Rusiya sentyabrda böyük hərbi təlimlərə başlayacaq. Bu təlimlər Ukrayna, Gürcüstan, Moldova və bizim kimi keçmiş SSRİ respublikalarına təzyiq, bu ölkələrin daxili və xarici siyasətinə yön verməkdir. Azərbaycan da bu təzyiqləri neytrallaşdırmaq üçün Türkiyə və Pakistanla birgə təlimlər keçirə bilər.

- Pakistanla təlimlərə ehtiyac varmı?

- Mən Pakistan ordusunun paradı zamanı bizim hərbçilərin orada iştirakını müşahidə etmişəm. Bu, pakistanlılar tərəfindən yüksək səviyyədə qarşılanıb. Sadəcə, indi Pakistan Aralıq dənizində Türkiyə ilə birgə təlimlərə qatılıb. Azərbaycan donanması da orada olub. Ehtimal edirəm ki, Azərbaycan Pakistanla da birgə təlimlər keçirmək məqsədilə hərbi müqavilələr bağlayacaq. Hesab edirəm ki, buna ciddi ehtiyac var. Xüsusilə, İranı bu məsələdə neytrallaşdırmaq, Ermənistana verdiyi dəstəkdən mərhum etmək üçün Pakistanla Azərbaycan arasında ciddi hərbi ittifaq yaradılmalıdır. Həm də nüvə silahına malik Rusiyanın bizə qarşı təhdidinin qarşısında Pakistan nüvə dövləti kimi tarazlıq yaratmalıdır.

- Bəzi analitiklər iddia edirlər ki, Rusiya getdikcə zəifləyir və MDB ölkələrinə nəzarəti itirir. Bu fikirlərlə razısınızmı?

- Dərd orasındadır ki, Rusiyanın zəifləməsi təhlükəlidir. Rusiya zəiflədikcə hakimiyyət xalqın narazılığını xaricə yönəltmək üçün intervensiyanı genişləndirməyə məcburdur. Rusların Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan və digər ölkələrə müdaxilələri əslində daxilində olan problemləri diqqətdən yayındırmaq, xarici münaqişələrə cəlb etmək üçündür. Odur ki, Rusiyada vəziyyət nə qədər ağırlaşacaqsa, bir o qədər qonşu dövlətlər üçün təhdid olacaq.

Mən, Rusiyanın informasiya vasitələrinə, siyasi və iqtisadi analitiklərinin çıxışlarına baxıram. Orada vəziyyət olduqca ağırdır. Həyat səviyyəsi əvvəlki illərlə müqayisədə 3-4 dəfə aşağı düşüb. Eləcə də demokratikləşmə ilə bağlı hərəkət var. Rusiyanın öz daxilində vəziyyət heç də asan deyil. Elə Rusiya Federasiyasını təşkil edən subyektlər də mərkəzdənqaçma meylləri var. Xüsusilə, Tatarıstan, Dağıstan və Çeçenistanda.

- Deməli, bizi qarşıda daha gərgin dövr gözləyir?

- Əslində qalsa biz gərgin mərhələyə daxil olmuşuq. Amma düşünmürəm ki, Rusiya hansısa ölkə ilə açıq müharibəyə getsin. Əlində olan resurslarla MDB ölkələrinə təzyiqlər etməyə, o cümlədən Qarabağ kimi konfliktlərin həllinə mümkün qədər mane olmağa çalışacaq. Amma bu, uzun müddət davam etməyəcək. ABŞ başda olmaqla Qərb dövlətləri Rusiyanın nəinki Donbasdan, hətta Krımdan çıxmasını tələb edir. Bunun arxasınca da növbəti sanksiyalar gələcək.

Son 200 ildə Rusiya və Qərb arasında heç vaxt səngiməyən rəqabət və mübarizə var. I və II Dünya müharibələri məhz bu gərginliyin nəticəsi olaraq ortaya çıxıb. Bu gün də gərginlik intensiv şəkildə inkişaf edir. Bir sözlə, dəniz və quru dövlətlər arasında geopolitik qarşıdurma gedir. Rusiya quru dövlətlərin lideri, Avropa isə dəniz dövlətləri kimi çıxış edir.

Məsələyə həm də resurslar baxımdan yanaşmaq lazımdır. ABŞ-ın sabiq dövlət katibi Madlen Olbryat deyirdi ki, Rusiya təklikdə dünyanın nəhəng zənginliklərinə sahiblənə bilməz. Nəzərə alın ki, bu baxımdan Avropa çox kasıbdır. Onun da xilası Rusiyanın zənginliklərindən bəhrələnməkdən keçir. Bu mənada Rusiyaya təzyiqlər edilir, güzəştlər tələb olunur, Rusiyanın imkanlarından Qərbin inkişafı üçün istifadə etmək istəyirlər. Gərginliyin əsas səbəbi budur.

- Rusiyanın dağılması kimi təhlükə yarana bilərmi?

- Rusiya zatən dağılma prosesinə daxil olub. Biz Rusiya imperiyası ilə indiki Rusiyanı müqayisə etsək görərik ki, onun ərazisi iki dəfə kiçilib. Bu kiçilmə prosesi davam edəcək. Bir çox ölkələr də məqsədli şəkildə bu istiqamətdə iş aparır.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"