"Eldar Mahmudovun həbsi qaçılmazdır" - Ekspert

21 aprel, 2021 10:24

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənlik arxa plana keçmək üzrədir. 2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun taleyi bir neçə dəfə çox ciddi şəkildə müzakirə mövzusu olub. Bu günə qədər sabiq nazirin həbs ediləcəyi ilə bağlı xeyli məlumat yayılıb. Eldar Mahmudovun hələ “MTN işi”nin ilk günlərində dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar yayılmışdı. Onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi deyilirdi. Bu iddiaların heç biri rəsmi şəkildə təkzib olunmayıb.

Onun azadlıqda qalması istər ictimaiyyətdə, istərsə də hakimiyyət daxilində ciddi narazılıq yaradıb. İctimaiyyət, xüsusən də bu və ya digər şəkildə yolu “mahmudovçularla” kəsişmiş sahibkarlar, məmurlar onun cəzasız qalmasını özlərinə təhlükə olaraq hiss etməkdədirlər. Eldar Mahmudovun həbsə aldığı Səid Dadaşbəyli və onunla birgə həbs edilənlər də bu sıradadır. Dadaşbəyli hazırda Eldar Mahmudova qarşı şikayət hazırladığını açıqlayıb. Hakimiyyətdə də bunu bilməmiş deyillər. Üstəlik, böyük bir güc nazirliyini rüşvət və korrupsiya yuvasına çevirmiş, dövlətin onurğa sütununa zərbə vurmuş bir nazirin azadlıqda qalması ilk növbədə dövlətin ziyanına işləyən amildir. 2017-ci ilin noyabrında Eldar Mahmudovun saxlanılmasına cəhd oldu. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar.

Məlum oldu ki, Eldar Mahmudovu cinayət işi üzrə dindiriblər. Bu dindirmədən əvvəl isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudovu həbs etmişdilər. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb. Sonradan Vüqar Mahmudov həbsdən azad edildi. Bundan sonra hər kəsdə əminlik vardı ki, bir daha Eldar Mahmudov mövzusu gündəmə gəlməyəcək. Amma aprelin əvvəlində Eldar Mahmudovun komandasının ən önəmli fiqurları, sabiq idarə rəisləri, generallar Mövlam Şıxəliyev və Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilib qandallandılar.

Bundan sonra sabiq MTN şefinin başı üzərindəki qara buludlarının asanlıqla çəkilməyəcəyinə yəqinlik yaranıb. Artıq məlumatlar var ki, Eldar Mahmudov nəzarətə alınıb, hərəkət trayektoriyası məhdudlaşdırılıb. Generallarının bu dəfə onu ələ verəcəkləri istisna deyil. Çünki bir neçə il sonra yenilənmiş istintaq yalnız iki generalın həbsi ilə məhdudlaşmaya bilər.

Azsiyasət.com xəbər verir ki, Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun həbsi üçün əsaslar illərdir ki, ortadadır: 

“Yəni onun ən yaxın çevrəsinə daxil olan 2 generalın həbsinə qədər də, 2015-ci ildə də istintaqa cəlb etmək mümkün idi. İndiki halda həbs edilən hər iki general, xüsusilə İstintaq Baş İdarəsinin rəisi ”açar fiqur"dur. Siyasi qərar varsa, Eldar Mahmudovun həbsi qaçılmazdır".

Ekspert deyir ki, Eldar Mahmudovun və onun komandasına daxil olan şəxslərin həbsində istintaq müddətinin bitməsi o dərəcədə əhəmiyyətli deyil: “Azərbaycanda 5-10 il əvvəl baş verən, istintaqa cəlbetmə müddəti bitən cinayətlər olub ki, belə işlər üzrə şəxsləri həbs ediblər. General Rövşən Əkbərovu 20 il əvvəl törətdiyi cinayətə görə həbs etdilər. Eldar Mahmudovla bağlı da proses məntiqi sonluğuna doğru gedir”.

Ekspert Səid Dadaşbəyli və onunla birgə məhkum edilən şəxslərin müraciətləri əsasında da Eldar Mahmudova qarşı ittihamı irəli sürülməsini istisna etmədi:

 “Belə bir şikayət-müraciət olarsa, Hərbi Prokurorluq Eldar Mahmudova qarşı cinayət işi başlaya bilər. Cinayət işini ona görə Hərbi Prokurorluq aparmalıdır ki, bu adamlar həmin işləri edəndə hərbçi olublar. Səid Dadaşbəylinin mətbuat üzərindən müraciətləri ilə yanaşı rəsmi qaydada şikayətləri də olmalıdır. Düzdür, KİV-də gedən materiallara istinad edib araşdırma apara, cinayət işi başlaya bilərlər”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI