Dəhşətli divantutma: killer Anar Məmmədovu azyaşlı uşağın yanında belə güllələdi - VİDEO/FOTOLAR

26 aprel, 2021 15:38

Ukrayna hüquq-mühafizə orqanları Dnepr şəhərində aprelin 24-də baş vermiş dəhşətli qətlin motivlərini araşdırmağa çalışır.

Azsiyasət.com Virtualaz.org-a istinadla xəbər verir ki, həmin gün səhər saatlarında şəhərin Kilsə meydanında Azərbaycan vətəndaşı Anar Məmmədov güllələnib. O, “Artist” restoranının qarşısında özünün “Toyota Land Cruiser” markalı cipinə oturub hərəkətə təzəcə başlayan kimi killer avtomobilə yaxınlaşıb və atəş açıb. Bu vaxt avtomobildə azyaşlı uşaq da olub.

Anar Məmmədov avtomobildən düşərək yaralı halda yaxınlıqdakı tramvay relslərinə tərəf qaçıb. Lakin killer onu təqib edib və daha bir neçə atəş açıb, A.Məmmədov relslərin üstünə yıxılıb. Killer ona yaxınlaşıb və yaxın məsafədən kontrol atəşləri açıb. Aldığı yaralardan A.Məmmədov yerindəcə keçinib, onun sürücüsüz qalmış avtomobili içərisindəki azyaşlı uşaqla təxminən 20 metr gedib, başqa avtomobilə dəyib və dayanıb. Killer isə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları killerin şəxsiyyətini müəyyən edə biliblər. Məlum olub ki, o, 1993-cü ildə anadan olmuş Yusif adlı Azərbaycan vətəndaşıdır. Polis A.Məmmədovu öldürən killerin videomüşahidə kameralarından götürülmüş fotosunu yayıb. Hazırda axtarılır. Polis cinayətin ilkin istintaqı çərçivəsində Zaporojye vilayətində 3 Azərbaycan vətəndaşını saxlayıb. Onlar 1978-1989-cu il təvəllüdlü Babayev, Səlimov və Məmmədov familiyalı şəxslərdir. Saxlanılanlardan silah və sursat götürülüb.

Əvvəlcə öldürülənin Krivoy Roqdan olan məşhur qanqster, “Mamedovskiye” mütəşəkkil cinayətkar qruplaşmasının lideri Anar Məmmədov olduğu haqda xəbərlər yayılıb. Bu qruplaşma bütün vilayətə narkotik maddələrin topdansatışını həyata keçirir. Lakin daha sonra məlum olub ki, öldürülən şəxs, 42 yaşlı Məmmədov Anar Xudakərim oğlu həmin banda liderinin adaşıdır. Amma onların doğum tarixi fərqlidir. Öldürülən Məmmədov barədə açıq mənbələrdə informasiya çox azdır, onun adı təkcə bir dəfə 2018-ci ildə alimenti ödəməməyə və valideyinlik hüququndan məhrum etməyə görə barəsində məhkəmə işi olub.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"