Ankara və Bakı üç paytaxta cavab hazırlayır - kritik gözlənti

28 aprel, 2021 09:23

Erməniyə tərs şillə, ətəyinə qoz: Baydenin “soyqırım” qərarı Azərbaycan və Türkiyəni daha da yaxınlaşdırır; Ərdoğanın möhtəşəm Şuşa səfəri bölgənin gerçək yiyəsinin kimliyinə həm Moskvanı, həm də Vaşinqton və Parisi əmin edəcək...

ABŞ prezidenti Co Baydenin erməni lobbisinin havasına gedərək, saxta soyqırımla bağlı verdiyi məlum qərarın çoxməqsədli olduğu haqda iddialar var. Ancaq şübhə yox, bu, ilk növbədə 2-ci Qarabağ savaşından sonra bölgədə yaranmış və ABŞ-ın, Fransanın iştirakçısı olmadığı unikal fürsəti sıfırlamaq niyyəti güdür.

Söhbət Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan barışığını əngəlləməkdən gedir. Hansı barışıq ki, dəfələrlə yazdığımız kimi, ən əvvəl erməni xalqının özünə lazımdır. Axı daha neçə on il blokada vəziyyətində, səfalət içində yaşamaq olar? Ermənistanın ildən-ilə boşalması da öz yerində.

Bu mənada ağlı başında olan ermənilərin Baydenin qərarına sevinməsi mümkün deyil. Yəni Ağ Ev rəhbəri ikinci əsrdir faşist ideologiyasını tərcih edən Amerika erməni diasporunun “könlünü xoş eləməklə” heç də erməni toplumuna yaxşılıq eləməyib. Hansı yaxşılıqdan danışmaq olar, əgər qərarın ardınca Birləşmiş Ştatların Ermənistandakı səfiri Linn Tresysin erməniləri məyus edərək deyir ki, “tanınmanın Türkiyəyə münasibətdə heç bir hüquqi nəticələri olmayacaq”.

 Linn Tresys

Sitat: “ABŞ prezidenti Co Baydenin tərəfindən ”erməni soyqırımı"nın tanınmasının heç bir hüquqi nəticəsi olmayacaq. “Erməni soyqırımı” 1915-ci ildə baş verdiyi, “Soyqırımı Konvensiyası” isə 1951-ci ildə qəbul edildiyi üçün qanuni baxımdan konvensiyanın geriyə qüvvəsi ola bilməz. ABŞ-la Türkiyə arasındakı münasibətlərə gəlincə, bu ölkə NATO içərisində bizim önəmli müttəfiqimizdir. Ancaq Bayden administrasiyası iki ölkə arasındakı fikir ayrılıqlarının effektiv şəkildə həll edilməli olduğunu çox açıq şəkildə bildirib".

Sitatdan da göründüyü kimi, qərarın davamı olaraq, Ankaraya qarşı hansısa maddi və ərazi təzminatı irəli sürüləcəyinə ermənilərin ümidlənməsi əbəsdir. Müxtəsəri, quruca söz, təsəlli, obrazlı desək, ağlayan uşağa “soska” (“əmzik”) vermək məsələsi. Bunu erməniyə tərs şillə vurub, ətəyinə qoz tökmək kimi də qəbul eləmək olar...

Öz növbəsində Pentaqon rəsmisi ümid etdiyini bildirib ki, məlum olaydan sonra Türkiyə və ABŞ arasında hərbi və təhlükəsizlik sahələri üzrə əməkdaşlıq zərər görməyəcək. Bu da bir daha Baydenin bəyanatının arxasında “tarixi ədaləti”in deyil, sırf siyasi maraqların dayandığını təsdiqləyir.

Amma nəticə olacaq. Özü də ABŞ-ın özünün ziyanına. Artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun anonsunu verib. ABŞ-ın “Bloomberg” agentliyi isə yazıb ki, Ərdoğan ABŞ prezidentinin qondarma soyqırımla bağlı açıqlamasından sonra bu ölkə ilə hərbi və iqtisadi sahədə əməkdaşlığı donduracaq. Türkiyə liderinin hökumətin növbəti iclasında bu yöndə cavab tədbirlərini açıqlayacağı ehtimal edilib.

Daha bir nəticə regionda Bakı-Ankara müttəfiqliyinin bir az da möhkəmlənməsi və yeni səviyyəyə qalxması olacaq. Xəbər verildiyi kimi, ABŞ prezidentinin qərarından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarına telefon edib, bu qərarı tarixi səhv adlandırıb və Azərbaycanın birmənalı və təmənnasız şəkildə qardaş ölkənin yanında olduğunu nümayiş etdirib. Bununla da Türkiyənin üzərinə getmək istəyənlərin öz qarşılarında Azərbaycanı da görəcəklərinin aydın mesajını verib - özünün bütün iqtisadi, energetik potensialı və bölgədəki açar rolu, logistik önəmi ilə birgə.

“Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə Ermənistanla imzalanan müqavilələrin icrası və son proseslər çərçivəsində atıla biləcək birgə addımlar barədə telefon danışığımız oldu”.

Bunu prezident Ərdoğan srağagün Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Birgə addımları isə bir azdan hamı, o cümlədən okeanın o tayındakılar görəcək. Məsələn, mayda Ərdoğanın Şuşaya səfəri gözlənilir. Bu səfər şəkk-şübhəsiz, təkcə Türkiyənin bölgədə güclənən yerinin yox, eyni zamanda Azərbaycan-Türkiyə hərbi tandeminin “əzələ nümayişi” olacaq.

İstisna deyil ki, ziyarət çərçivəsində separatçıların havadarları üçün sürpriz qərarların, imzalanacaq yeni sənədlərin şahidi olacağıq - həm də elə son zamanlar özünü heç də bizə qarşı dostyana aparmayan, mayın 9-da Xankəndində rəsmi Bakının icazəsi olmadan hərbi parad keçirməyə hazırlaşan, “İsgəndər M” təxribatı ilə bağlı hələ də məsuliyyəti öz üzərinə götürməyib susqunluq göstərən Rusiyaya münasibətdə.

Qısası, Ərdoğanın səfəri bölgənin gerçək yiyəsinin kimliyinə Moskvanı da, Vaşinqton və Parisi də bir daha əmin edəcək. O paytaxtlar ki, 30 il ərzində Qarabağ probleminin həlli üçün işğalçılar xristiandır deyə, əllərini “ağdan qara”ya vurmadılar, təcavüzkara sanksiyalar tətbiq eləmək əvəzinə, onu şirnikləndiridilər, Bakını işğalla barışdırmağa çalışdılar, Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı alət, maşa kimi istifadə elədilər. Hətta konflikt bitdikdən sonra da bu məkrli planlarından vaz keçməmiş kimi görünürlər.

Amma biz Dağlıq Qarabağ konflikti qala-qala, Türkiyə-Ermənistan barışığı üçün ABŞ-ın hansı israrlı cəhdlər göstərdiyini də yaxşı xatırlayırıq. Özü də Co Baydenin vitse-prezident olduğu dönəmdə. Bəllidir ki, o vaxt - 2009-cu ildə Ağ Evin birbaşa patronajlığı ilə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına və Ermənistanın Rusiyadan uzaqlaşdırılmasına hesablanan bədnam “Sürix protokolları” imzalanmışdı. Lakin Bakı və Ankaranın prinsipiallığı öz işini gördü və qardaş ölkə Qarabağ məsələsi də daxil, sərhədlərin açılması üçün İrəvana bir neçə şərt irəli sürdü. Onlar bunlar idi:

Ermənistan 1915-ci il hadisələrini beynəlxalq aləmdə “soyqırım” kimi tanıtma siyasətindən əl çəkməli, həmin hadisələri araşdırmaq üçün türk və erməni tarixçiləri ilə yanaşı, digər tərəfsiz tarixçilərin də daxil olduğu komissiyanın yaradılmasına razılıq verməlidir;

2.Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməməli və Ağrı dağının təsvirini gerbindən çıxarmalıdır;

Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın istədiyi həll variantını qəbul etməlidir;

Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən yolu açmalıdır.

Təbii ki, o zamanlar “göylə gedən” Ermənistan buna razı olmadı.

*****

Amma artıq sərhədlərin açılmasını əngəlləyən Qarabağ konflikti mövcud deyil. Elə isə artıq ABŞ prezidenti postunu tutan həmin Bayden nədən indi Türk-erməni barışığına mane olsun? Hansı barışıq ki, qeyd edildiyi kimi, hamıdan çox elə əllərdə “alət” olmağı sevən millətin - ermənilərin özünə lazımdır.

Bu, siyasi riyakarlıq deyilsə, nədir? Niyə Ağ Ev yenə Ermənistandan hələ də qardaş ölkəyə qarşı təzyiq aləti kimi istifadə eləməyə çalışır və bununla Azərbaycanı da incik salır? Demək, iki paytaxtın - Ankara və Bakının cavabı mütləq olacaq. Özü də üç paytaxtın üçünə də. Necə ki, Ərdoğan Qarabağla bağlı on illərdir “öz qətiyyətsizliklərini həll yolu kimi təqdim edənlərə” (işğalçıya havadarlıq edənlərə - red.) mütləq cavab veriləcəyini deyib: “Azərbaycanla birlikdə önümüzdəki günlərdə bu çərçivədə atacağımız addımları daha da konkretləşdirəcəyik...”

Musavat.com

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"